Putinlə Lukaşenko Kremldə danışıqlar aparıblar
Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar keçirilib.
KONKRET.az xəbər verir ki, Putin-Lukaşenko danışıqları Kremldə baş tutub.
Görüşdə Rusiya-Belarus strateji əməkdaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişafının cari məsələləri müzakirə edilib. İttifaq dövləti çərçivəsində inteqrasiya qarşılıqlı fəaliyyətinə diqqət yetirilib.
Daha sonra Kremlin Andreyevski zalında Belarus prezidentinə Rusiyanın ali dövlət mükafatı – "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni təqdim olunub.
Orden Lukaşenkoya Rusiya Federasiyası ilə Belarus Respublikası arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, Rusiya və Belarus xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə, habelə İttifaqın yaradılmasına və səmərəli fəaliyyətinə böyük şəxsi töhfəsinə görə verilib.(apa)

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb