Qabil Hüseynli: "Amerikalılar öz talelərini kimə həvalə etdikərinin fərqində deyillər"

Qabil Hüseynli: Neçə vaxt idi bütün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. Prezidentlik uğrunda Respublikaçı Donald Tramp Demokratların namizədi Kamala Harrislə mübarizə aparırdı. Dünənki seçkilərdə Donald Tramp prezident seçildi. Seçki kampaniyasında pafoslu çıxışlarıyla diqqət çəkən Tramp bildirirdi ki, əgər prezident seçilsə dünyadakı münaqişələrə son qoyacaq.
KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli  qeyd edib ki, Trampın seçki öncəsi çağrışlarının heç bir əsası yoxdur:
"Trampın dediklərinin heç birinə inanmıram. Bu adam ele də inkişaf etmiş intellekt sahibi deyil. Özünün birinci prezidentliyi dövründə elə də ciddi bir iz qoymadı. Deyir ki, dünyadakı münaqişələrə son qoyacaq. Yaxşı, gəlin görək Ukrayna ilə Rusiya arasındakı müharibəni necə dayandıra bilər. Bəlkə Ukraynaya təklif edəcək ki, torpaqlarını Rusiyaya bağışlasın. Bu ağılabatan deyil. Başqa regionlar da da eyni vəziyyətdədir.  Tramp İsraili bir mənalı müdafiə edir. Qüdsə ABŞ səfirliyi  Trampın dövründə köçürüldü.  Onun beynəlxalq hüquq normalarına zidd olan kifayət qədər yanlışlıqları var. Hələ  Amerika vətəndaşları öz talelərini kimə həvalə etməlirinin fərqində deyillər".
Bundan sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suala cavab verən Qabil Hüseynli bildirdi ki, Baydenə nisbətən münasibətlərdə bir qədər həlimləşmə müşahidə oluna bilər: "Amma Tramp əsasən ABŞ-nin öz işi ilə məşğul olacaq. Amerikada prezidentlər böyük səlahiyyət sahibləri deyillər. Tramp da ermənipərəst adamdır və onların tərəfini tutur. Son çıxışlarının birində Qarabağ ermənilərinə müraciəti də yaddan çıxmayıb. İndi onun Yaxın Şərqdə və bizim regionda nələrsə edəcəyinə inanmıram.  Mənim qənaətimə görə növbəti 4 ildə Tramp Amerikanı qatıb-qatışdıracaq. Rüşvətə meylli adamdır deyin var-dövlətini artırmağa çalışacaq. Ola bilsin günlərin birində Amerikada onun impicmentini də tələb etsinlər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal bugun son xeber az metbuat