Qadın palçığın içindən 16-cı əsrə aid qılınc tapdı - FOTO
Qadın palçığın içindən 16-cı əsrə aid qılınc tapdı - FOTO
London sakini, yazıçı və xəzinə ovçusu Lara Mayklem Temza çayının sahilində palçıqdan 16-cı əsrə aid qılınc qalığı aşkar edib.
Ehtimal edilir ki, qılıncın mislə işlənmiş taxta sapı təxminən 300 il çayın dibində qalıb. Onun anaerob mühitdə olduğu üçün qorunub saxlanıldığı düşünülür. Xəzinə ovçusunun sözlərinə görə, onun diqqətini misin parıltısı cəlb edib; belə ki, qadın onu qızılla səhv salıb.
"Bu mənim ən yaxşı tapıntılarımdan biridir", - deyə yazıçı vurğulayıb.
Mayklem 16-cı əsrin olduqca qəddar bir zaman olduğunu və hər kəsin özünümüdafiəyə ehtiyacı olduğu üçün özü ilə qılınc gəzdirdiyini bildirib.
"Düşünürəm ki, bu, adi bir oğlana aid idi. Qılıncın bıçağı qırılıb. Tutacağı ağacdan olduğundan ucuz qılınc olub", - deyə o, ehtimallarını bildirib.
Xəzinə ovçusu silahları London Muzeyinin mütəxəssislərinə vermək niyyətindədir. Onlar artıq qılıncın 16-cı əsrə aid ola biləcəyini təsdiqləyiblər. İngilis qadın qeyd edib ki, muzeyə təqdim olunana qədər qılıncın sürətlə məhv olmasının qarşısını almaq üçün onu nəm saxlamaq lazımdır.






Mənbə: Daily Mail
Kurslar.az kurslar [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü