Qadınlarda xərçəng xəstəliyinin 20 əlaməti

Qadınlarda xərçəng xəstəliyinin 20 əlamətiQadınların xərçəng xəstəlikləri haqqında bilməsi gərək olan bəzi əlamətlər var. Döş xərçəngi, yumurtalıqların xərçəngi, uşaqlığın xərçənginin bəzi əlamətləri vardır ki, onlar xərçəngin əlamətləri üzə çıxmamışdan çox-çox əvvəl özlərini biruzə verirlər. Bu əlamətlərə insanlar çox vaxt əhəmiyyət vermirlər. Bu əlamətlər hansılardır?
1. Sinədə ağrı və xroniki öskürək
Sinədə ağrı və xroniki öskürək ağ ciyər şişlərinin əlaməti ola bilir. Bəzən insanlar bronxit olduqarını düşünür və həkimə müraciət etməzlər.
2. Nəfəs darlığı və xırıltı.
Nəfəs alma zamanı çətinlik çəkmək ağ ciyər xərçənginin ilkin əlamətidir.
3. Udqunma zamanı çətinlik çəkmək
Ağ ciyər,udlaq və qırtlaq xərçənginin ilkin əlamətlərindən sayılır.
4. İnfeksiyaya yoluxma və tez-tez qızdırmanın yüksəlməsi
Bu əlamətlər qan xərçənginin əlamətləri ola bilər. Leykoz zamanı xəstələrin tempraturu tez-tez yüksələ bilir.
5. Qanaxmalar və dərinin bəzi yerlərində göyərmələr.
Bu əlamətlər qırmızı qan hüceyrələrinin fəaliyyətində anormallıq olduqda baş verir, leykozun əlamətləri ola bilər.
6. Qoltuq altında, boyunda və qasıqda limfaların böyüməsi.
Limfaların böyüməsi və limfa sistemində baş verən dəyişikliklər xərçəngin əlamətləri ola bilər.
7. Qarında ağırlıq hissi və şişkinlik.
Daxili orqanlarda əmələ gələn xərçəng xəstəlikləri zamanı şiş toxuması böyüdükcə qarında ağırlıq hissi və şişkinlik müşahidə edilir.
8. Zəiflik.
Zəiflik xərçəngin bütün növlərində xəstələrin ilk rastlaşdığı əlamətlərdəndir.
9. Qarın və çanaq boşluğunda ağrılar.
Vaxtaşırı qarın boşluğunda baş verən ağrılar qarın boşluğu üzvlərinin xərçəng xəstəliklərinin əlaməti ola bilər.
10. İştahsızlıq və toxluq hissi.
Bu əlamət bütün xərçəng xəstəliklərinin ilkin əlamətlərindən sayılır. Ən çox yumurtalığın xərçəng xəstəliyi zamanı xəstələrdə müşahidə olunur.
11. Arıqlama.
Arıqlama ən cox qara ciyər xərçəngi, uşaqlığın və yumurtalıqların xərçəng xəstəliyi zamanı müşahidə edilir.
12. Defekasiya aktı zamanı qan və düz bağırsaq qanaxmaları.
Bu şikayətlər düz bağırsaq xərçənginin əlamətləti ola bilər.
13. Qarın ağrısı və ishal.
Bağırsaq fəaliyyətində baş verən pozğunluqlarla yanaşı ürəkbulanma yoğun bağırsağın xərçəng xəstəliyinin əlaməti ola bilər.
14. Döşlərdə şişkinlik, ağrı və qızartılar.
Döşlərdə əmələ gələn bu əlamətlər döş xərçənginin əlamətlri ola bilir.
15. Aybaşı pozğunluqları.
Vaxtsız, vədəsiz baş verən qanaxmalar adətən uşaqlığın xərçəng xəstəıiyinin əlamətləri ola bilir.
16. Döşlərin ucunda dəyişikliklər.
Döşlrin uclarında meydana gələr qabarmalar, çökmələr döş xərçənginin əlamətidir.
17. Dəridə əmələ gələn dəyişikliklər.
Dəridə əmələ gələn, toxunduqda tez qanayan və dəri toxumasından fərqlənən toxumalar dəri xərçənginin əlamətləri ola bilər.
18. Üzdə şişkinlik.
Üzdə əmələ gələn şişkinlik, qızartılar, qabarıqlıq, ağ ciyər xəstələrində tez-tez rast gəlinən əlamətdir.
19. Sağ qabırğaaltında ağrılar.
Qara ciyər xərçəngi diaqnozu qoyulan xəstələrin çoxu uzun müddət sağ qabırğaaltında ağrıların olmasından şikayətləndiklərini söyləyirlər.
20. Dırnaqlarda dəyişikliklər
Dırnaqlqrda baş verən xoşagəlməz dəyişikliklər bir çox xərçəng növlərinin ilkin əlamətləri ola bilər. Dırnaqların altında əmələ gələn qara və ya qəhvəyi rəngdə olan nöqtələr əsasən dəri xərçənginin əlamətidir. Dırnaqların ağarması və solgunlaşması qara ciyər xərçənginin ilkin əlamətlərindən hesab edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər