Qadınları ən çox düşündürən məsələ: Bunu etsəniz, gənc qalacaqsınız

Qadınları ən çox düşündürən məsələ: Bunu etsəniz, gənc qalacaqsınızHər fəsilin öz gözəlliyi var deyirlər. Bununla yanaşı, onun mənfi cəhətlərini də vurğulasaq, haqsız olmarıq. Yay deyəndə adətən bir çoxumuzun ağlına istirahət, dəniz, qumsallıq, rəngarəng paltarlar və s. gəlir.
Təəssüf ki, dəri problemi olan insanlar yay gəlməmiş, dərilərinə necə qulluq edəcəklərini düşünürlər. Yağlı, quru, normal və həssas olmaqla dəri tipləri bir-birindən fərqlənirlər.
Həkim-kosmetoloq Rəna Mirzəyeva azxeber.com-a açıqlamasında yay aylarında dəriyə qulluqla bağlı bir neçə addımı bölüşüb:
O həmçinin üz dərisinin təmiz və pak qalmağı üçün bəzi tövsiyələr verib:
1. Mükəmməl dəriyə sahib olmaq üçün hər səhər yuxudan durduqdan sonra üzü mineral su ilə və ya üz yuma geli ilə yaxşıca yumaq lazımdır.
2. Gel və ya mineral su ilə üzünüzü yuyub, qurutduqdan sonra toniklə silin.
3. Daha sonra, dəri tipinizə uyğun ( yağlı, quru, qarışıq) nəmləndiricidən istifadə edin.
4. Evdən çıxacaqsınızsa, mütləq şəkildə "SPF"dən - günəş qoruyucusundan istifadə edin. "SPF" sizin dərinizi ultra-bənövşəyi şüalardan qoruyacaq və tez yaşlanmanızın qarşısını alacaq.
Gənc yaşlardan dəriyə olunan qulluq yaşlı vaxtlarda öz effektini daha çox göstərməyə başlayır.
Kosmetoloqlara görə, üzün sabunla yuyulması məsləhət görülmür. Hər səhər üz qulluğu olunduqdan sonra soyuducuda kub şəkilli buzların üzə tətbiq edilməsi dəridə qırışların aradan qalxmasına , dərinin daha hamar və yumşaq olmasına səbəb olur.
Makiyaj dəriyə təsir edən ən başlıca amillərdən biridir. Kosmetik vasitələri alarkən bitki tərkibli olmasına diqqət etməkdə fayda var.
Dərini nəmləndirməyi unutmayın. Gecə yatmazdan öncə nəmləndirici kremlərdən istifadə edin.
Cavan dərilər üçün krem və ya kosmetik vasitələr alarkən dərinin nəfəs ala bilməsinə diqqət edin.
Qara nöqtələri təmizləmək üçün kosmetoloqa müraciət edin. Evdə etmək istəsəniz düzgün buxarlayın ki, məsamələriniz genişlənsin. Qəti şəkildə əl ilə sıxmaq olmaz. Bunun üçün mağazalarda xüsusi olaraq sıxma üçün alətlər var.
Bir çox hallarda sızanaqlar düzgün qidalanmamaq və daxili mədə-bağırsaq problem ilə əlaqədar ola bilir. Buna görə də gözəl dəri üçün qidalanmaya fikir vermək əsasdır. Yay fəslinin gəlişi ilə əlaqədar meyvə-tərəvəz bolluğundan faydalanmaq dərimizdə sızanaqların çoxalmasının qarşısını alacaq.
Üzdə qan dövranını artırmaq üçün massajdan istifadə etmək lazımdır. Təbii ki, bunu quru dəri ilə etmək düzgün olmaz. Müxtəlif cür yağlardan və kremlərdən istifadə edərək tətbiq etmək lazımdır.
Sızanaqlar üçün hər zaman salisil turşusundan istifadə etmək yararsızdır. Çünki salisil turşusu dərini qurudur və bir müddət sonra dəri artıq bu turşuya reaksiya bildirmir.
Oksana Orucova

Şou Biznes       Tarix: 17 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar