"Qala Həyat" 2021-ci ilin uğurlu fəaliyyətinin nəticələrini açıqladı
Azərbaycanın həyat sığortası bazarında aktivliyi ilə seçilən "Qala Həyat" sığorta şirkəti cari ilin yanvar-dekabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən verilən məlumata görə, ölkədə pandemiya dövrünün olmasına baxmayaraq şirkət bu dövrdə də öz inkişafını uğurla davam etdirib.Belə ki, 2021-ci ilin yanvar-dekabr aylarında satış komandası tərəfindən 19 202 113 manat həcmində sığorta haqqı toplanmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 257 235 manat çox olub.
Hesabat dövründə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə "Qala Həyat" tərəfindən müştərilərə 3 119 408 manat həcmində sığorta ödənişi verilmişdir ki, bunun da 2 383 241 manatı könüllü sığortanın, 736 167 manatı isə icbari sığorta növünün payına düşmüşdür.
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan "Qala Həyat" 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə könüllü və icbari növlər üzrə, o cümlədən "İpoteka krediti üzrə borcalanın həyat sığortası", "Kapital proqramı üzrə həyat sığortası", korporativ müştərilər üçün "Sağalmaz xəstəliklərdən sığorta", "Zərərsiz və itkisiz sığorta", "Həyat sığortası", "Təminatlı gələcək" və "Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"sı üzrə xidmətlər göstərir.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR