Qalstyan: "Azərbaycanla sülh müqaviləsi bizim təslim olmağımız deməkdir"

Qalstyan: "BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı son müzakirə, ümumiyyətlə, bizə heç nə vermədi".
KONKRET.az xəbər verir ki, bu sözləri separatçı David Qalstyan vurğulayıb.
"Mənim heç bir gözləntim yoxdur. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də başa düşür ki, əgər Ermənistan bu istiqamətdə əməli addımlar atmasa, niyə onlar ermənilərin özündən daha çox erməni olmalıdır?!".
D.Qalstyana görə, Azərbaycanla sülh müqaviləsi üzrə bütün danışıqlara xitam verilməlidir. Ermənistan Azərbaycanın hava məkanından istifadəsinə məhdudiyyətlər qoymalıdır. "Maraqlıdır ki, Nikol Paşinyan BMT TŞ-dəki məğlubiyyətdən sonra hökumətin iclasında özünə təsəlli verməyə başlayıb ki, guya artıq bütün dünya bildi ki, Qarabağ blokadadadır. Əlbəttə, yeganə müsbət hal odur ki, bu gün Qarabağ məsələsi hələ tam bağlanmayıb. Amma təəssüf ki, bu, Nikol Paşinyanın maraqlarına uyğun deyil. Çünki o, bu məsələni öz çiynindən atmağa və Arayik Arutyunyanı Bakı ilə dialoqa sövq etməyə çalışır. Və ilk dialoq baş tutan kimi Nikol Paşinyan öz planını davam etdirəcək.
Nikol Paşinyanın hakimiyyətə gətirilməsinin əsas səbəbi, nəhayət, Qarabağ məsələsini birdəfəlik bağlamaqdır. Qarabağ məsələsi tamamilə bağlanmayana qədər Nikol Paşinyan Ermənistan tərəfindən qondarma sülh sazişini başa çatdıra bilməyəcək. Bu sənəd mənim dərin inamımda erməni xalqının təslim olmasının növbəti sübutu olacaq".
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi     Baxılıb: 166   Tarix: 20 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidenti İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Serbiya Respublikasının milli bayramı münasibətil

"İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm"

"İlk dəfədir ki, bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçıs

"Ən təhlükəsi hücumlar deyil, bizim susmağımızdır

Emin Əfəndi,. Lev Tolstoy deyirdi ki, insan üçün ən təhlükəli an məqsədə çatdığı andır, çünki həmin anda o, nəyə sahib olduğunu unutmağa başlayır. Biz də bunu yaşadıq. Bir vaxtlar torpaqlarımızın bir kəndinin belə geri qayıdacağın

İlham Əliyev: Azərbaycan və Serbiya çox dost ölkələrdir

Azərbaycan və Serbiya çox dost ölkələrdir. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasını

Arzu Əliyeva "Qaranlıqdan sonra" adlı tədbirdə - Fotolar

"Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə "Qaranlıqdan sonra" adlı xüsusi tədbir keçirilib. xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib. Tədbiri

Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü - Dövlət başçısı

Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü.  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-d

AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarda

Prezident İlham Əliyev qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb

Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. xəbər verir ki, bun

Ramiz Mehdiyevin rus dilində danışdığı qadının kimliyi bəlli oldu

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var. Söhbət zamanı Ramiz Mehdiyev qadında


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər iqtisadiyyat xeberleri bugun son xeberler bugun 2026 muharibe sosial yardim