Qan damarlarını necə sağlam saxlamaq olar? - Mütəxəssis rəyi

Qan damarlarını necə sağlam saxlamaq olar? - Mütəxəssis rəyi</p> 
 <p>Sağlam həyat tərzi gümrah qalmağın başlıca şərtidir. Sağlam ömür həm də zərərli vərdişlərdən uzaq durmaq, fiziki aktivlikdən keçir. Rusiyalı həkimlər də bu fikirdədir və onlar hesab edirlər ki, qanda xolesterolun artması müəyyən problemlərə gətirib çıxarır. Yalnız pəhriz və fiziki aktivliklə bu problemin qarşısını almaq olar. 
KONKRET.az xəbər verir ki, professor Elena Malışeva və damar cərrahı Mixail Çernışevski Rusiya televiziyalarının birinin efirində damarları zədələyən bəzi amillərə toxunub və onların aradan qaldırılmasının yollarını izah ediblər.
Çernışevski bildirib ki, "Arteriyanın venadan fərqli olaraq əzələ divarı var və qapaq aparatı yoxdur. Onun unikal qabiliyyəti ürəkdən gələn pulsasiya edən dalğanı qavramaqdır. Qan ürəkdən çıxdığı anda pulsasiya edir. Əzələ divarı damarın yükə tab gətirməsinə, yəni vaxtında genişlənməsinə və büzülməsinə kömək edir. Damarlar əgər genişlənibsə, onlar bu şəkildə qalır və varikoz damarlar kimi özünü göstərir".
Malışeva isə bildirib ki, təmiz damarda müəyyən proseslər baş verir, zədələr görünür və sonra damarın lümenini bağlayan nəhəng aterosklerotik lövhələr meydana gəlir. Təzyiq damarı genişləndirir, onu deformasiyaya uğradır. Siqaret isə damarı içəridən dağıdır. Artan şəkər sadəcə damar divarını bombalayır, orada deşiklər açır. Və sonra xolesterol piylərini bu dəliklərə sürükləyir.
Daha sonra damar cərrahı bildirib ki, xolestrol lövhələri müxtəlif arteriyalarda meydana gələ bilər. Bunlar ürəyin arteriyaları, beyni qida ilə təmin edən karotid, aşağı ətraflar, aorta və böyrək arteriyalarıdır.
Qan damarlarını necə sağlam saxlamaq olar?
Mixail Çernyavski qeyd edib ki, damarları təmiz və sağlam saxlamaq üçün heç bir mürəkkəb və ya xüsusi prasedurlara ehtiyac yoxdur. Aşağıdakı tövsiyələr buna kömək edəcəkdir:
1-ci. Kardioloq tərəfindən müşahidə;
2-ci.Lipid spektrini, yəni qanda yağ düsturu adlanan lipid formuluna baxaraq xolesterolu yoxlamaq;
3-cü. Aortaya baxmaq üçün ürəyin ultrasəsini aparmaq;
4-cü.Qanda şəkərin səviyyəsini yoxlamaq və onlara nəzarət etmək üçün endokrinoloqun müşahidəsi.
"Üstəlik, bəzi prosedurlar həkimin iştirakı olmadan da həyata keçrilə bilər".
Bunu Elena Malışeva deyib. Professor bildirib ki, evdə təzyiq və şəkərinizi asanlıqla ölçə bilərsiniz. İndi hətta xolesterinin səviyyəsini ölçən cihazlar da var.
Malışeva daha sonra bildirib ki, aterosklerozdan əlavə, damarlar iltihabdan da zədələnə bilər: "Bu, sözün əsl mənasında damarın sızdığı vəziyyətdir. İltihaba uğrayan damar xəstəlikləri hemorragik diatezin böyük bir qrupuna daxildir. Əgər bunlar baş verərsə damarlarda dəliklər əmələ gəlir və bütün bədən göyərir. Həyatınızı xilas etmək üçün buna ciddi nəzarət etməlisiniz. Qan damarlarının patologiyaları sağlamlıq problemlərinə səbəb ola bilər".
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim