Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?

Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin fonunda Qara dəniz hövzəsində mülki obyektlərə və ticarət gəmilərinə qarşı hücumlar davam edir. Bu hadisələr zamanı azərbaycanlıların çalışdığı və ya Azərbaycana aid obyektlər də zərər görüb. Nikolayevdə SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin hücuma məruz qalması, Odessa yaxınlığında azərbaycanlıların çalışdığı yük gəmisinə dron zərbəsi nəticəsində azərbaycanlı kapitanın həlak olması, son olaraq isə Rusiyanın Anapa şəhəri yaxınlığında "Babylon" adlı quru yük gəmisinin pilotsuz uçuş aparatının hücumuna məruz qalması bölgədə mülki hədəflərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. 
Bəs son dövrlərdə azərbaycanlıların olduğu obyektlərin və gəmilərin ardıcıl şəkildə hücuma məruz qalması təsadüfdür yoxsa…? 
Politoloq Tofiq Abbasov azxeber.com-a açıqlamasında deyib ki, əgər eyni hadisə və ssenari dəfələrlə təkrarlanırsa, bu təsadüf deyil:
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?"Ümumiyyətlə, belə vəziyyətlərdə təsadüflərdən danışmaq yersiz görünür. Təsadüf bir dəfə ola bilər. Əgər eyni hadisə və ssenari dəfələrlə təkrarlanırsa, deməli, düşünülmüş bir gedişdir. Burada təbii ki, Azərbaycanın mövqeyi bəllidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim ərazi bütövlüyümüzü dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri var və həmin prinsiplər dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını əsas götürür".
O qeyd edib ki, Azərbaycanın prinsipial və düzgün mövqe tutması isə Rusiyada müəyyən qüvvələrin xoşuna gəlmir:
"Bu məsələdə Azərbaycanın prinsipial və düzgün mövqe tutması isə təbii ki, Rusiyada müəyyən dairələrin xoşuna gəlmir. Məsələn, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı Rusiya ilə münasibətlərə və Ukrayna məsələsinə toxunmasından dərhal sonra Azərbaycanı gözü götürməyən Zatulin, Milonov kimi şəxslər yenidən fəallaşdılar. Onlar iddia etməyə başladılar ki, guya Azərbaycan Rusiyanı aldadır. "Azərbaycan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmayıb, niyə Avrasiya məkanında yoxdur?" kimi ifadələr səsləndirdilər. 
Əslində isə bu, əvvəldən mövcud olan yanaşmanın davamıdır. Həmin şəxslər siyasi baxımdan həm xari, həm də boşboğazdırlar.  Onlar sistemli şəkildə Azərbaycana qarşı çıxış edirlər. Onların müəyyən dairələrdə, o cümlədən müxtəlif siyasi və hərbi strukturlarda dəstəkləyicilərinin olması da istisna deyil".
O qeyd edib ki, Ukraynada Azərbaycan obyektlərinə qarşı belə hadisələrin baş verməsi xoş hal deyil:
"Əgər Ukraynada Azərbaycan obyektlərinə qarşı belə hadisələr baş verirsə, bu, əlbəttə, xoş hal deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, cəmi bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etmiş, rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirmişdi. Görüşdə tərəflər mövcud problemləri müzakirə etdilər və bəyanatlarda da vurğulandı ki, Azərbaycanla Rusiya arasında barışmaz ziddiyyət və ya antaqonizm yoxdur. Bəli, bəzi məsələlərdə fikir ayrılıqları mövcuddur və bu, tamamilə normaldır. Çünki hər dövlətin öz maraqları, prioritetləri və baxışları var. Onların tam eyni olması mümkün deyil. Qonşuluq münasibətlərində zaman-zaman müəyyən anlaşılmazlıqlar və fikir ayrılıqları yarana bilər. Belə məqamlarda bəzi qüvvələr təxribatlardan və dezinformasiyadan istifadə edərək ölkələr arasında münasibətləri pozmağa çalışırlar. Burada Ermənistanın da bu cür proseslərdən istifadə etməyə çalışmasını istisna etmək olmaz".
Politoloq vurğulayıb ki, dünya siyasətində diplomatik ənənələr və beynəlxalq münasibətlərin qaydaları həmişə öz rolunu oynamalıdır:
"Dünya siyasətində diplomatik ənənələr və beynəlxalq münasibətlərin qaydaları həmişə öz rolunu oynamalıdır. Həm Azərbaycan, həm də Rusiya diplomatiyasının bu cür problemləri həll etmək üçün kifayət qədər imkanları və təcrübəsi var. Bu imkanlardan istifadə edilməlidir ki, münasibətlər zədələnməsin.
AZAL təyyarəsi ilə bağlı hadisədən sonra münasibətlərdə müəyyən soyuqluq yarandı, anlaşılmazlıqlar oldu. İlk mərhələdə Rusiyanın mövqeyi Azərbaycanın haqlı arqumentlərini tam nəzərə almırdı. Lakin sonradan Azərbaycanın mövqeyi qəbul edildi, üzrxahlıq edildi və kompensasiya məsələləri gündəmə gəldi. 
Əsas məsələ odur ki, problemlər varsa, onlara arxa çevirmək olmaz. Onlarla yaxından məşğul olmaq, həll yollarını birlikdə axtarmaq lazımdır. Mən əminəm ki, həm Ceyhun Bayramov, həm də Prezident İlham Əliyev Rusiya rəhbərliyinə Azərbaycanın mövqeyini açıq şəkildə çatdırırlar və bildirirlər ki, bəzi yanaşmalar düzgün deyil. Biz Ukrayna və Rusiya ilə müttəfiqik. Bu o demək deyil ki, üçüncü tərəflər bundan istifadə edib bölgədə əlavə gərginlik yaratmalıdırlar. Diplomatiyanın əsas məqsədi məhz problemləri olduğu kimi qəbul edib onları dialoq yolu ilə həll etməkdir".
O bildirib ki, diplomatiyanın əsas prinsiplərindən biri də qarşı tərəfi dinləməkdir:
"Həm Prezident İlham Əliyevin çıxışları, həm də Ceyhun Bayramovun Moskvaya səfəri onu göstərir ki, Bakı ilə Moskva arasında dialoq qırılmayıb. Əksinə, müntəzəm şəkildə davam edir və tərəflər bir-birini eşitməyə çalışırlar. Diplomatiyanın əsas prinsiplərindən biri də qarşı tərəfi dinləmək, onun narahatlıqlarına diqqətlə yanaşmaq və problemlərin həllinə hazır olduğunu göstərməkdir. Bu baş verdikdə, gərginlik tədricən aradan qalxır və münasibətlərdə qarşılıqlı anlaşma mühiti formalaşır".
Şahanə Ziyad

Siyasi       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun maraqlı xəbərlər sonxeberler qurban bayrami 2026