"Qara dənizdə sülh və əmin-amanlıq üçün hər şeyi edirik" - Hulusi Akar
"Bu illər ərzində Montrö statusu çox uğurla davam edib. Sözügedən konvensiya bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də giriş-çıxışını tənzimləyir".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
Onun sözlərinə görə, Montrö konvensiyasının sıradan çıxarılması və status-kvonun dəyişməsinin heç kimə faydası olmayacaq:
"Montrö Konvensiyasını qorumaqda fayda görürük. Biz bu çərçivədə işimizi davam etdiririk. Arzumuz budur ki, bu problemlər ən qısa zamanda sülh yolu ilə, diplomatik yollarla həll olunsun və bölgədə yenidən sülh və əmin-amanlıq hökm sürsün. Biz bunun üçün çalışırıq".
Milli müdafiə naziri bildirib ki, Türkiyə Montrö Konvensiyasının 19, 20 və 21-ci maddələrini həyata keçirməyə davam edəcək:
"Qara dənizin rəqabət bölgəsinə çevrilməməsi üçün səy göstəririk. Qara dənizə ən uzun sahili olan ölkə olaraq bu anlayışı bir prinsip olaraq qoruyub saxladıq. Türkiyə olaraq bütün görüşlərimizdə Qara dənizdə sülhün, əmin-amanlığın və təhlükəsiz mühitin qorunması üçün səy göstərdik".

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR