"Qara kart" göstəriləcək - Futbolda yeni cəza
Rumıniyada azarkeşlərin uşaqların iştirak etdiyi futbol oyunlarında davranışlarına nəzarətlə bağlı yeni qayda tətbiq olunacaq.
KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyası (FRF) U-7-dən U-16-ya qədər yaş qruplarında keçirilən turnirlərdə "qara kart" tətbiq etmək qərarına gəlib. Yeni intizam proseduru sentyabrın 11-də federasiyanın Fövqəladə Komitəsi tərəfindən təsdiqlənib.
Qara kart valideyn və digər azarkeşlərin uşaqlara, məşqçilərə, hakimlərə və matçda iştirak edən digər şəxslərə qarşı təhqir, hədə, fiziki zorakılıq və davamlı aqressiv davranışlarına görə tətbiq ediləcək.
Qayda üç mərhələdən ibarətdir. İlk insident zamanı hakim oyunu dayandıraraq məşqçilərdən azarkeşləri sakitləşdirməyi tələb edir. Davranış davam edərsə, qarşılaşma 10 dəqiqəlik dayandırılır və komandalar paltardəyişmə otağına göndərilir.
Oyun yenidən başladıqdan sonra da tribunadakı aqressiv davranış davam edərsə, hakim qarşılaşmanı başa çatdırır və "qara kart" göstərir. Bu halda oyun dayandırılır və artıq davam etdirilmir.
Qeyd edək ki, FRF-nin məlumatına görə, bu addım tribunadakı davranışlara görə xüsusi kart tətbiq edən dünyada ilk futbol federasiyasıdır.(qol.az
Xidmetler [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var