Qarabağ erməniləri gedir - Separatçılar "nəzarəti" artırdı
Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.
Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub.
"Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun əsgərləri olması barədə Azərbaycan mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ermənistana gedənlər ciddi sağlamlıq problemləri olan şəxslər, Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri, Qarabağın mədən sənayesində, digər sahələrdə tikintidə işləmiş Ermənistan Respublikasının vətəndaşları və Ermənistan və xaricdə ali məktəblərə qəbul olanlardır.
Bununla bərabər, bu müddət ərzində müxtəlif şəxslər "sərəncamdan yan keçərək" müxtəlif yollarla Qarabağı tərk ediblər ki, bu da haqlı olaraq müxtəlif daxili şikayətlərə səbəb olub", – məlumatda bildirilib.
Separatçıbaşının keçirdiyi iclsada Qarabağdan çıxışa nəzarətin gücləndirilməsi, başqa sözlə, girov saxlanılan ermənilərə daha sərt nəzarət barədə "qərar" verilib./Axar.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ