Qarabağa təşkil ediləcək turların detalları AÇIQLANDI - ÖZƏL

Qarabağa təşkil ediləcək turların detalları AÇIQLANDI - ÖZƏLQarabağa təşkil ediləcək turların detalları AÇIQLANDI - ÖZƏL
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən "Yolumuz Qarabağa" adlı turizm marşrutları konsepsiyası hazırlanıb və təqdim olunub.
Bu barədə Oxu.Az-a açıqlama verən Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib ki, konsepsiya üzrə "Yolumuz Füzuliyə" və "Yolumuz Ağdama" adlı iki əsas marşrut xətti seçilib.
Sektor müdirinin sözlərinə görə, turlar çərçivəsində bu gün Ağdamda səfər edilə biləcək ərazilər və paralel olaraq erməni vandalizminə məruz qalan yerlərin göstərilməsi nəzərdə tutulur:
"Turlar əsasında səngər və bunkerlərin, müəyyən qəbiristanlıqların nümayiş etdirilməsi planlaşdırılır. Konsepsiyaya əsasən, məqsəd ilkin olaraq daha çox dünya mediasına bu ərazilərlə bağlı məlumatların çatdırılmasıdır. Daha sonra isə Əlaqələndirmə Qərargahının rəyi ilə proses müzakirə ediləcək. Təhlükəsizlik səviyyəsi nəzərə alınmaqla mümkün olduğu zaman müvafiq marşrutlar üzərindən turlar təşkil olunacaq. Turların keçiriləcəyi tarix və şərtlər barədə isə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Elgün Cavadov vurğulayıb ki, turlarda həm yerli, həm də əcnəbi turistlər iştirak edə biləcəklər:
"Hazırkı mərhələdə müxtəlif qurumlar tərəfindən həmin ərazilərə media nümayəndələrinin səfərləri təşkil olunur. Səfərlər çərçivəsində marşrutlar təklif edirik. Bu marşrutlar hazırlanarkən müəyyən komponentlər nəzərə alınır. Bu zaman həm bu günə əlimizdə qalan milli sərvətlər, həm də erməni vandalizminin nümunələri göstərilir. Təklif etmişik ki, həmin ərazilərə həm yerli, həm də xarici media nümayəndələri cəlb olunsun. Gələcəkdə blogerlərin də ərazilərə səfərləri təşkil olunmaqla dünya ictimaiyyətinə mümkün qədər daha çox informasiyanın çatdırılması nəzərdə tutulur".
Qarabağla əlaqədar məzmunların çoxaldılmasının əsas məqsədlərdən biri olduğunu deyən Turizm Agentliyi rəsmisi əlavə edib ki, post-müharibə dövründə müharibənin 30 illik işğalın nəticələrinin göstərilməsi üçün məzmun çoxaldılmalıdır:
"Bu gün xarici mediada və ya müxtəlif resurslarda erməni vandalizmi ilə bağlı məlumatlar kifayət qədər deyil. Xarici dildə olan məlumatların çoxu Azərbaycan dövləti tərəfindən verilmiş kontentlərdir".
O qeyd edib ki, həmin marşrutlar yerli şirkətlərə açılacağı təqdirdə Dövlət Turizm Agentliyi də turlara qoşulacaq:
"Hər bir şirkət və nümayəndələrlə, eləcə də bələdçilərlə bağlı müəyyən qaydalar hazırlanıb və təqdim edilib. Turlar həmin qaydalar çərçivəsində baş tutacaq. Bu turlarda müəyyən qaydalara əsaslanan təlimlərdən keçmiş bələdçi, sürücü və tur təşkilatçıları iştirak edəcəklər. Yəni, proses sərbəst şəkildə olmayacaq. Hazırda layihəyə başlanılması real görünmür. Çünki, ərazidə infrastruktur layihələri aparılır. Görülən işlərə mane olmamaq, oradakı müəyyən yolların abadlaşdırılması baxımından ərazilərin minalardan təmizlənməsi təmin olunduqdan sonra turlara başlaya biləcəyik".
Nigar Məmmədova

Turizm       Tarix: 01 iyul 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag