Qarabağda investorlar üçün böyük imkan: 3,2 milyon kvadratmetr sahə hazırlandı

Qarabağda investorlar üçün böyük imkan: 3,2 milyon kvadratmetr sahə hazırlandıDövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyədək Qarabağ və Şərqi Zəngəzurda 3,2 milyon kvadratmetrdən çox tikinti sahəsini investisiyalar üçün hazırlayıb.
KoONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Ramil Cahangirov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, komitə Qarabağ və Şərqi Zəngəzurda 17 000-dən çox mənzil vahidinin inşasına icazə verib:
"Yüz minlərlə kvadratmetr sahə isə layihələndirmənin müxtəlif mərhələlərindədir. Ümumi nəzər salsaq, əlimizdə artıq bir çərçivə var. Söhbət şəhərsalma , konseptual çərçivədən gedir. Eyni zamanda, bütün rayonlarda yerində həyata keçirilən işlər mövcuddur. Bu, bizim üçün investorlarla bir araya gəlib müzakirələrə başlamaq baxımından çox yaxşı başlanğıc nöqtəsidir. Müzakirələrə sıfırdan və ya boş kağızdan deyil, artıq nəzərdən keçirilə bilən və üzərində danışıqlar aparıla bilən bir baza ilə başlayırıq. Əlbəttə, hər bir müzakirə fikir mübadiləsi və digər məsələləri tələb edəcək".
R.Cahangirov qeyd edib ki, ümumiyyətlə, yetərsiz planlaşdırma ilkin ideyaların real layihəyə çevrilməsinə mane ola bilər:
"Baxılmalı olan ən mühüm məsələ məhz planlaşdırmadır. Yetərsiz planlaşdırma böyük bir boşluq yarada bilər. Bu, yalnız ümumi planlaşdırma və ya baş plan, yaxud binaların normalara uyğun yerləşdirilməsi məsələsi deyil, bundan daha artıq məsələdir. Bu, hesablamaların aparılması, sıxlıq problemlərinin, nəqliyyat məsələlərinin, sosial-iqtisadi aspektlərin və digər amillərin birlikdə proqnozlaşdırılmasıdır. Bu mənada dövlət-özəl tərəfdaşlığını təmin etmək vacibdir. Çünki dövlət tərəfi strateji və tənzimləyici çərçivəni təqdim edir, özəl sərmayə isə investisiya imkanlarını, bazar biliklərini və texniki ekspertizanı gətirir. Yalnız birgə fəaliyyət göstərdikdə bu, həqiqətən də nəticəyə çevrilə bilər".

Sosial       Tarix: 26 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub. Bundan əvvə

Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi açıqlama

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən riskəsaslı yanaşma ilə bağlı açıqlama yayıb. ABA-ya istinadla xəbər verir ki, mövcud yanaşmay

DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz 

İş yerində bir əməkdaşın olmaması və ya hansısa vəzifənin boş qalması bəzən onun işlərinin digər əməkdaşa həvalə edilməsi ilə nəticələnir. Belə vəziyyətdə isə işçinin qarşısına sadə sual çıxır: öz işimdən əlavə başqa vəzifəni

Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi

Hər gün pivə içmək bəzi insanların düşündüyü kimi zərərsiz vərdiş olmaya bilər. Narkoloq və psixiatr Anton Rudkovski bildirib ki, gündəlik olaraq az miqdarda pivə qəbul etmək belə zamanla alkoqol asılılığı riskini artır

AMB faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. xəbər verir ki, AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbət

Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar

Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib. xəbər verir ki, Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəli

Qızıl niyə ucuzlaşır?

Qızılın qiyməti ABŞ-da inflyasiya riskləri və Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinin gələcək istiqaməti ilə bağlı gözləntilər fonunda geriləyib. -a sitinadla xəbər verir ki, spot qızılın bir unsiyası 0,3 faiz ucuzlaşara

Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO

Gəncədə şəhərə Bakı istiqamətdən girişdə avtomobil yolunda qəza xəsarətlə nəticələnib. . Hadisə şəhərin Nizami prospektində baş verib. . Hərəkətdə olan "Kia" markalı avtomobil "Qazel" markalı maşınla toqquşub

Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu bu gune olan xeberler cəbhədən şad xəbər en son xəbərlər bugün