Qarabağdakı separatçılar rasist bəyanatlarla vəziyyəti gərginləşdirirlər
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejim açıqlama yayaraq "Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər".
Guya Xankəndidə "humanitar böhran"ın yaşandığını iddia edən və bunu dünyaya car çəkən ermənilərin "Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan etmələri" daha bir rasizm nümunəsidir.
Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun harada istehsal edilməsinin heç bir əhəmiyyəti olmamalıdır.
Bu davranışları ilə separatçılar vəziyyəti daha da gərginləşdirmək istəyirlər.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın dəhlizi ilə yanaşı, Ağdam - Xankəndi yolları vasitəsilə çatdırılmasına dair razılıq əldə olunub.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ