"Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ədalətə söykənir" - XİN

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
azxeber.com xəbər verir ki, bu fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində yer verilib.
Qeyd olunub ki, bununla əlaqədar diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə Rəsmi Bakının mövqeyi və bunun dayandırılmasına dair gözləntiləri Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətinə çatdırılıb.
"Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub", - XİN-dən vurğulanıb.
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq", - şərhdə qeyd edilib.

Siyasi       Tarix: 06 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Trampla danışdı

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

İlham Əliyevlə Trampın telefon danışığında TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbayca

Paşinyandan etiraf: ABŞ Ermənistanı dalandan xilas etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşünün ölkəsini "dalandan çıxardığını" və yeni imkanlar yaratdığını bildirib

Dünya yeni müharibənin astanasındadır – BU ÖLKƏYƏ QARŞI

Tayvan Çinə qarşı "cəhənnəm ssenarisi" hazırlayır. Bu barədə "The New York Times" yazıb. Belə ki, Tayvan mümkün Çin hücumunun qarşısını almaq üçün həm dronlar, həm də pilotsuz zərbə katerləri istehsa

Putin sərt danışdı: "Ölkənin boşalmasına..."

Rusiya rəhbərliyi ölkə ərazisində əhalinin paylanması və kiçik yaşayış məntəqələrinin qorunub saxlanılması məsələsini yenidən diqqət mərkəzinə gətirib. KONKRET.azxəbər verir ki, Rusiya Prezidenti ölkənin coğrafi miqyasın

Azərbaycanın Pakistandakı səfiri dəyişdi

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidenti

Kreml öhdəlik qoydu: 409 min nəfər orduya göndərilməlidir

Kreml regionların qarşısına bu il 409 min rusiyalını müharibəyə göndərmək öhdəliyi qoyub. KONKRET.azxəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb. "Moskva hər il cəbhəyə göndərmək üçün əsgər tapmaqd

ABŞ dövlət katibi: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub. xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında bildirib

Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artır

Rusiyanın Novorossiysk limanı yaxınlığında Türkiyə bayrağı altında üzən quru yük gəmisinin dron hücumuna məruz qaldığı bildirilir. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, hadisə Novorossiys


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar son xabar qurban bayrami 2026 cəbhədən görüntülər