"Qarabağ"ın prezidenti danışdı: Heyətimizi gücləndirdik
Möhtəşəm bir futbol ilini geridə qoyduqdan sonra 2026/2027-ci illər mövsümünə böyük hədəflər və inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir.
KONKRET.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner "Qarabağ"ın hədəflərinin böyük olduğunu və komandaya inandığını bildirib:
"Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı matçları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın "Qarabağ"a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.
Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar qazanmışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar".
Tahir Gözəl sonda azarkeşlərə səslənib:
"İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. "Dinamo" ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və "Qarabağ"ımıza olan inamımızı tribunadan hiss etdirək".
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo" oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ukrayna klubu 1:0 hesablı qələbə qazanıb.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test