Qaranlıqda telefonla oynayanlar kor ola bilər - ALİMLƏR
Mobil telefon asılılığı olduqca qorxulu bir təhlükə olaraq ortaya çıxıb. Həkimlər yataqda smartfon istifadəsinin "göz iflici"nə səbəb olduğunu söyləyiblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çox insan yatmazdan əvvəl smartfonlar vasitəsilə sosial mediaya baxır, oyun oynayır və ya bir şey oxuyur. Əslində bu günümüzdə olduqca adi bir haldır. Ancaq bu günahsız vərdişin gözlərə ziyanı hətta göz iflicinə səbəb olacağını bilirsinizmi?
Çində bir adam, qaranlıqda daim telefonuna baxdıqdan sonra müvəqqəti korluq yaşadığı üçünhəkimə müraciət edib. Çinli həkim Lei Tao, elektron cihazlara uzun müddət baxmağın göz iflicinə səbəb ola biləcəyini söyləyib. Hər ay ən azı 20 gənc xəstəliyi müvəqqəti korluq səbəbiylə xəstəxanaya gəlir.
Retinada damarların tıxanması korluğa səbəb olan bu xəstəliyin ani, ciddi və ilk əlamətidir. Araşdırmalara görə, göz iflici xəstəliyi hər il artır və xüsusilə gənclər arasında yayılır. Bu, yalnız müvəqqəti deyil, həm də xəstənin həyat keyfiyyətinə və cəmiyyətdə fəaliyyətinə təsir edən davamlı korluqla da nəticələnir.
Bir gözdə qəfil görmə itkisi, smartfon korluğunun ilk əlaməti. Bu adətən qaranlıqda bir tərəfi üstə yatıb, telefonun ekranına tək gözlə baxmaqdan yaranır.
Ümumiyyətlə narahatlıq 15 dəqiqə ərzində yaxşılaşır, ancaq daha uzun müddət çəkərsə təcili olaraq bir həkimə yaxınlaşmaq lazımdır.
Milli.Az /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var