Qaraqınığın xoş ətirli çayı

Qaraqınığın xoş ətirli çayıKolluq və çəmənliklərdə, meşəətrafı ərazilərdə və bağlarda tez-tez rast gəlinən qaraqınığı bəzi regionlarda qaraot adlandırırlar. Xoş ətrinə görə onun cavan zoğlarından xiyar və pomidorun turşuya qoyulması zamanı, yarpaqlarından isə kvas içkisinin dadını yaxşılaşdırmaq üçün istifadə edirlər. Evdar xanımlar qaraqınığın tozunu paltar və müxtəlif parçaların arasına səpərək onları güvədən qoruyurlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qaraqınıqdan çay dəmləməsində istifadə edilir və ondan xoş ətirli çay alınır. Qaraqınıq tibdə geniş tətbiq sahəsinə malikdir. Sinir oyanıqlığı, yuxusuzluq zamanı sakitləşdirici, yuxugətirici təsirinə görə ondan istifadə edilir. Bundan əlavə, qaraqınıq bəlğəmgətirici, tərlədici, sidikqovucu, ödqovucu, antibakterial, antiseptik, qıcolma əleyhinə və regenerasiyaedici təsirlərə malikdir. Qaraqınıq iştahanı yaxşılaşdırır, bağırsaq fəaliyyətini stimullaşdırır, mədə-bağırsaq sistemindəki spazmaları aradan qaldırır, ürəkbulanma, qusma və başağrılarının qarşısını alır. Soyuqdəymə, ağciyər vərəmi, xroniki bronxit, xolesistit, öd yollarının diskinezisiyası, angina, tonzillit, gingivit, diatez, ateroskleroz və böyrək xəstəlikləri zamanı geniş istifadə edilir.
Qaraqınıq vanna, islatma, və yerli islatma şəklində raxit, skrofulyoz, furunkul, qaşınma ilə müşayiət olunan müxtəlif mənşəli səpkilərdə tətbiq olunur/ Ondan hazırlanan sakitləşdirici ətirli vannaların də əhəmiyyəti çoxdur. Qaraqınıq tozu zökəm və başağrıları zamanı buruna çəkilir. Baş dərisində qabıqlanma və saç tökülməsi zamanı saçlar bitkidən hazırlanmış dəmləmə ilə yuyulur. Bitkinin efir yağını diş ağrılarında ağrıkəsici vasitə kimi tətbiq edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 may 2020
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun