Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Qardaş Özbəkistanla yolumuz, amalımız birdirAvqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu. Prezidentlər "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıb, "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı"nı qəbul ediblər. Müxtəlif qurumlar arasında fəaliyyət planları, protokollar, sazişlər  imzalanıb, proqramlar qəbul edilib.
Əminliklə deyə bilərik ki, Özbəkistan və Azərbaycan arasındakı münasibətlər heç vaxt olmadığı səviyyəyə qalxıb. Xüsusilə, Qarabağın işğaldan azad edildikdən sonrakı dörd il ərzində iki ölkənin dövlət və hökumət nümayəndələri arasında əməkdaşlığın bütün sahələrini əhatə edən qarşılıqlı səfərlərin sayı onlarladır. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq atmosferində keçən rəsmi görüşləri də intensiv xarakter daşıyır. Bu da səbəbsiz deyil. İki qardaş ölkəni və xalqları birləşdirən ortaq dəyərlər var. 
Prezidentlərin mətbuata bəyanatlarında qədim Qarabağ torpağından söz açan Özbəkistan Prezidenti bildirdi ki, Qarabağ inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüyünü xatırladan dövlət başçısı dedi ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. O, sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri, noyabrda Bakı Qlobal İqlim Sammiti keçirələndə hərtərəfli dəstək göstərəcəklərini qeyd etdi.
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi: "Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək". Çıxışında Azərbaycanla Özbəkistan arasında son illər genişlənən əməkdaşlıqdan söz açan dövlətimizin başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkistanın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətləndirdi. Bu məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbaycan Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söylədi. Mətbuat üçün açıqlamasında Prezident İlham Əliyev bu gün Özbəkistanın təkcə bölgədə deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrildiyini və buna səmimi-qəlbdən sevindiyini vurğulayaraq, Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü kimi özbək idmançılarının Yay Olimpiadasında tarixi uğurunu diqqətə çatdırdı və bundan bütün Türk dünyasının sevindiyini və qürur duyduğunu xüsusi vurğuladı. Həqiqətən də, Mərkəzi Asiyanın yüksək templə irəliyə doğru addımlayan respublikasına çevrilmiş Özbəkistan bütün sahələrdə, o cümlədən idmanda da rekord nailiyyətlərə imza atır. Bir həqiqəti də demək lazımdır ki, Özbəkistanın dünyada gündən-günə artan nüfuzu həm də onun üzvü olduğu Türk Dövlətləri Təşkilatının regionda və beynəlxalq arenada güclənməsini şərtləndirən amillərdəndir. Burada Azərbaycanın da oynadığı önəmli rolu unutmaq olmaz.  "Qarabağın dirçəldilməsində biz də iştirak edəcəyik",  "Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır". Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirdi. 
Xoş məramlı qardaşlıq jestinə müsbət yanaşdığını bildirən dövlətimizin başçısı bu sahədə də əməkdaşlığın gücləndirilməsinin hər iki tərəf üçün səmərəli olacağına inandığını söylədi. 
Prezident Şavkat Mirziyoyev də qeyd etdi ki, indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb. Özbəkistanın dövlət başçısı bu gün tarix yazdıqlarını və bu tarixin öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacağına əmin olduğunu bildirdi. 
Özbəkistan Prezidenti çıxışında 2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etdiklərini və Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq üçün əsasların olduğunu dedi.
Dövlətimizin başçısı: "İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik".-deyə vurğuladı. 
Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru / azxeber.com

Siyasi     Baxılıb: 85   Tarix: 26 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ŞOK: Ukrayna şərq və qərb olmaqla iki hissəyə parçalanacaq, Rusiya isə... - YENİ PLAN

ABŞ Prezidenti Donald Tramp Moskvanı sülh danışıqlarına çağırsa da, Rusiya Ukraynanın şərqində daha geniş əraziləri işğal etməklə bağlı planlarını həyata keçirir. Bu barədə "Politico" nəşri ukraynalı rəsmilərə istinadə

Ermənistan Avropa ölkələri ilə sənəd imzalayır

Ermənistan ilə bir sıra Avropa ölkələri arasında strateji tərəfdaşlığa dair ikitərəfli sənədlərin imzalanması istiqamətində işlər aparılır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavin

Paşinyandan Azərbaycana təbrik

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib. xəbər verir ki, Paşinyan bu barədə "X" hesabında paylaşım edib. "Azərbaycan Respublikası və xalqını Qurban bayram

İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi

ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və model Eşli Sent-Kleer sabiq prezident Donald Trampa dəstək verməyə hazır olduğunu bəyan edib. -a istinadən xəbər verir ki, Sent-Kleer bu barədə "X" (keçmi

Ərdoğan Paşinyanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramını təbrik etmək münasibətilə ona zəng edib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Telefon danışığı zaman

Putin müsəlmanları təbrik etdi

Prezident Vladimir Putin Rusiya Federasiyasında yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə iyunun 6-da Kremlin mətbuat xidməti məlumat yayıb. Putin qeyd edib ki, Rusiyadakı müsəlma

Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır

Çinin vençur kapitalı şirkəti - "Infinite Capital Holding" Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "Report"a şirkətin direktor müavini Alan Ma məlumat verib. Onu

Rusiya 400-dən çox dron və 40 raketlə Ukraynaya hücum etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında demək olar ki, bütün ölkə üzrə genişmiqyaslı hücum həyata keçirib. xəbər verir ki, bu barədə prezident Teleqram kanalında yazıb. Onun sözlərinə görə

Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxanları sərt tənqid edib

Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasına ümid edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bildirib. Bununla yanaşı, o, parlamentdə Bakı ilə sülh müqaviləsinin bağlanmasın


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber son xeber az son xəbər şou biznes xəbərləri