Qarpız yeyərək həm arıqlayın, həm də xərçəngdən qorunun

Qarpız yeyərək həm arıqlayın, həm də xərçəngdən qorununYay fəslində əvəzolunmaz olan qarpız dərini yeniləyir, toxluq hissi verərək çəki nəzarətinə kömək edir, xərçəng və infarkt riskini azaltmada rol oynayır. Üstəlik, təkcə meyvə deyil, hətta toxumlar da faydalıdır. Toxumlar da xolesterolu aşağı salır.
KONKRET.az xəbər verir ki, buna görə də qarpız ən çox istehlak edilən meyvə olmalıdır. Tərkibindəki amin turşuları sayəsində bədəndəki iltihabların aradan qaldırılmasına töhfə verən qarpız toxumları xolesterinin də azalmasına kömək edir.
Qarpızın 8 mühüm faydasını təqdim edirik:
İmmunitet sistemini gücləndirir
Gündəlik vitamin və mineral ehtiyaclarının ödənilməsində təsirli olur. Bir porsiya qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10 faizini ödəyir. Tərkibində kalium, A və B6 vitaminləri və digər vitamin və minerallar da var. Vitamin C immunitet sistemini gücləndirir və bədənin dəmiri mənimsəməsinə kömək edir. A vitamini dəri və göz sağlamlığı üçün vacibdir. Qarpız həm də kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır və sinir sistemini dəstəkləyir. O, həmçinin zülalların parçalanmasına kömək edən, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirən B6 vitamini ilə zəngindir.
Xərçəng və ürək xəstəlikləri riskini azaldır
Qarpızda antioksidan xüsusiyyətlərə malik yüksək miqdarda likopen var. Likopen qarpız və digər meyvə və tərəvəzlərdə olan antioksidan xüsusiyyətlərə malik təbii birləşmədir. Likopen də qarpıza qırmızı rəng verir. Araşdırmalar göstərib ki, likopenin xərçəng və ürək xəstəlikləri riskini azaldır. Hüceyrələrin zədələnməsinə qarşı qoruyan likopenin müntəzəm istehlak edildiyi zaman təzyiqi aşağı salan təsiri olduğu bilinir. Araşdırmalar göstərir ki, qarpız ekstraktı uzun müddətdə qan təzyiqini aşağı sala bilir. Qarpızın tərkibindəki antioksidantlardan L-sitrulin və L-argininin damarların fəaliyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Bədənin su ehtiyacını təmin edir
Qarpız orqanizminizin su ehtiyacını da ödəyir. Qarpızın 90 faizdən çoxu sudan ibarətdir. İnsan orqanizmi su ehtiyacının 80 faizini içdiyi, 20 faizini isə yediyi ilə qarşılayır. Yay aylarında kifayət qədər su içməsəniz, bəzi problemlər yarana bilər. Böyüklər çox vaxt su içməyi unudurlar. İstiliyin yüksəldiyi yay aylarında tərləmə səbəbiylə maye itkisi əhəmiyyətli bir problemdir.
Həzm sistemini yaxşılaşdırır
Qarpız yüksək su və az miqdarda lif tərkibinə görə həzm sistemini dəstəkləyir. Xüsusilə su tərkibinə görə yaxşı bir sidikqovucudur.
Çəkiyə nəzarət edir
Pəhrizi pozan şəkərli qidalar yerinə qarpız seçmək şirin istəklər üçün faydalıdır. Araşdırma nəticəsində məlum olub ki, qarpız uzun müddət toxluq hissi yaradır və artıq çəkisi və ya kökəlməsi bilinən insanlar yağlı qidalar yerinə qarpız yeyərək daha çox toxluq hissi keçirirlər. Özünü qarpızla doyuranlarda qan təzyiqi və bel ətrafının azalması aşkar edilib.
İltihabı azaldır
Qarpızda olan antioksidanlar, likopen və C vitamininin spesifik birləşməsi zamanla bədəndə iltihabı və oksidləşdirici zərəri azaldır.
Dərini təzələyir
Parlaq bir görünüş üçün təsirlidir. Qarpızın tərkibindəki su və vitaminlər A, B6 və C dərinizin yumşaq, hamar və elastik qalmasına kömək edir. Xüsusilə C vitamini dərinin elastikliyini və dəriyə qan axını artıran kollagen istehsalını artırır. Vitamin A dəri hüceyrələrini bərpa etməyə kömək edir və dərinin qurumasının qarşısını alır. Vitamin B6 dəri çatlarını da aradan qaldıra bilər.
Toxumları xolestrerolu azaldır
Qarpız toxumları təkcə qidalandırıcı deyil, həm də xolesterolu azaldır. Çiy və ya qurudulmuş halda istehlak edilə bilən qarpız tumları maqneziumla zəngindir. Maqnezium zülal sintezində və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Toxumlar həmçinin depressiya riskini azalda bilən folat ehtiva edir və insultdan qoruyan və qanda pis xolesterin səviyyəsini azaldan mono-doymamış və çoxlu doymamış yağ turşularının yaxşı mənbəyidir

Sağlamlıq       Tarix: 26 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun axsam.az xeberler beynelxalq bank mezenne ən son xəbərlər bugün