Qarşıdakı həftə həlledici olacaq - Müharibənin əsas tərəfdarı yeni plan qurur

Qarşıdakı həftə həlledici olacaq - Müharibənin əsas tərəfdarı yeni plan qururİran və ABŞ arasında gərginlik hərbi müstəvidə davam etsə də, paralel olaraq diplomatik kanallar da aktiv şəkildə işləyir. Regionda artan risklər, xüsusilə enerji təhlükəsizliyi və strateji keçidlər üzərində nəzarət məsələsi tərəfləri həm qarşıdurmaya, həm də danışıqlara məcbur edir. Mövcud vəziyyət fonunda əsas sual belədir: tərəflər kompromisə gələ biləcək, yoxsa münaqişə daha geniş miqyas alacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda İran və ABŞ arasında müharibə davam etsə də, vasitəçilər üzərindən danışıqlar da paralel şəkildə aparılır.
Qarşıdakı həftə həlledici olacaq - Müharibənin əsas tərəfdarı yeni plan qururOnun sözlərinə görə, tərəflər müəyyən məsələlər ətrafında müzakirələri davam etdirir:
"Hazırda həm hərbi toqquşma var, həm də diplomatik təmaslar kəsilməyib. Tərəflər vasitəçilər üzərindən müəyyən razılaşma variantlarını müzakirə edirlər. Bundan əlavə, Donald Tramp enerji obyektlərinə qarşı hücumların 10 gün müddətinə dayandırılması ilə bağlı qərar verib ki, bu da danışıqlar üçün müəyyən imkan yaradır".
Politoloq qeyd edib ki, əsas mübahisə mövzularından biri də Hörmüz boğazı üzərində nəzarət məsələsidir. İran bu ərazidə suveren hüquqlarının tanınmasını tələb edir, ABŞ isə beynəlxalq nəzarətin tətbiqini təklif edir.
Ekspertin fikrincə, diplomatik proseslər nəticəsində ortaq məxrəcə gəlmək ehtimalı var:
"Danışıqlar davam edərsə, tərəflər müəyyən kompromis əldə edə bilərlər. Lakin burada digər aktorların da mövqeyi önəmlidir. İsrail müharibənin davam etməsində maraqlı tərəflərdən biridir".
SEPAH generalları anlayır ki, danışıqlardan imtina edilərsə, ABŞ İranın enerji infrastrukturuna ciddi zərbələr endirəcək. Bu səbəbdən onlar da müəyyən kompromis variantlarına açıqdır".
Politoloq mümkün nəticələrə də toxunub. Onun sözlərinə görə, proseslərin yekunu İranın gələcək siyasətinə ciddi təsir göstərəcək:
"Gözlənilir ki, İran əvvəlki kimi aqressiv xarici siyasət yürütməyəcək. Proksi qüvvələrə dəstəyin azaldılması, nüvə silahı əldə etməmək öhdəliyi və region ölkələrinə qarşı daha ehtiyatlı siyasət əsas nəticələrdən ola bilər."
Ekspert hesab edir ki, qarşıdakı dövr həm hərbi, həm də diplomatik baxımdan həlledici olacaq. Münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi isə əsasən tərəflərin kompromisə nə dərəcədə hazır olmasından asılıdır.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun