Qatilin apardığı pulla ev alacaqlarmış - Dəhşətli cinayətin təfərrüatı

Qatilin apardığı pulla ev alacaqlarmış - Dəhşətli cinayətin təfərrüatıFevralın 20-si Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsi ölkə gündəmini zəbt etdi.
Mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər.
Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Bildirilib ki, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb. Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.
Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. O, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, "evin pulunu hazırlamışıq" deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib. /// lent.az

Sosial       Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbər krimnal bugun zelzele sou biznes