Qaxda ağır qəza: İki avtomobil toqquşdu, üç nəfər yaralandı - FOTO
Qaxda ağır qəza: İki avtomobil toqquşdu, üç nəfər yaralandı - FOTO
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu "VAZ-21099" markalı avtomobil toqquşub.
Nəticədə "Mercedes"in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, "VAZ-21099"un sürücüsü və sərnişinləri - Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.






Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb