Qaxda "Kürmükoba" bayramı qeyd edilib - FOTO
Qaxda "Kürmükoba" bayramı qeyd edilib - FOTO
Qax rayonunda "Kürmükoba" bayramı qeyd edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün minlərlə müsəlman və xristian Kürmük məbədini ziyarət edir.
Qaxlılar üçün bu bayramın adı hər zaman "Kürmükoba" bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini "ocaq" kimi ziyarət edib. Hazırda da qədim mərasim ayini olan "Kürmükoba" bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır. Xalq öz tarixi yaddaşına sadiq qalaraq "Kürmükoba" bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir.
Hazırda "Kürmükoba" mərasiminə həm xristian, həm də islam dini elementləri daxil edilsə də, "Kürmükoba" bayramında qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. Bu bayram, əslində, qədim dövrlərdən bəri təbiət ayini olub, Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr - yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gursulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir.
Dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin - istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan "Kürmükoba" bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali bu bayramda qədim alban mədəniyyətinə dayanan ümumazərbaycan ənənələrini yaşatmağa nail olub, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruya bilib.
"Kürmükoba" bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qət edərək məbədi ziyarət edirlər.











Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR