Qazaxıstan BTC ilə neft nəqlinə BAŞLAYACAQ
Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov brifinqdə bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək.
"Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik.", – deyə Baş nazir bildirib.
O qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü