Qəbul imtahanları onlayn keçirilə bilər? - RƏSMİ AÇIQLAMA
Qəbul imtahanları onlayn keçirilə bilər? - RƏSMİ AÇIQLAMA
"Qəbul imtahanlarının onlayn keçirilməsi mümkün deyil".
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə kütləvi imtahanın bir gündə keçirilməsi qeyri-mümkündür:
"Qəbul imtahanları xüsusi bir yer üçün imtahan deyil ki, orada adam sayı az ola və onlayn keçirilə. Belə kütləvi imtahanın keçirilməsi üçün gərək dəfələrlə ölkəni sınaq imtahanına cəlb edəydik.
Biz istəyirik ki, onlayn sınaq imtahanları davamlı keçirilsin və şagirdlərdə bununla bağlı vərdişlər yaransın".
O qeyd edib ki, sentyabr ayından başlayaraq mütəmadi olaraq bütün fənlərdən onlayn sınaq imtahanları keçiriləcək:
"Amma bu imtahanlara 10 min nəfərə kimi şagird qoşula bilər. 20 min nəfərin qoşulması kifayət qədər texniki problem yaradar. Bunlar çox ciddi məsələlərdir.
Onlayn imtahan o demək deyil ki, kimsə şagirdi sorğu-suala tutsun və qiymətini yazsın. Burada ədalət prinsipi necə təmin olunacaq?"
İlhamə Əbülfət

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb