Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTO

Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOQədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTO
Bari İtaliyanın cənubunda dənizkənarı şəhərdir. Puqliya (Apuliya) bölgəsinin mərkəzidir. Böyük turizm və iqtisadi mərkəz, dəniz limanı ilə birlikdə bölgə üçün çox əhəmiyyətlidir. Əksər İtaliya şəhərləri kimi zəngin, qədim tarixə malikdir. "Paris dəniz kənarında yerləşsəydi, kiçik Bariyə bənzəyirdi" - deyə yerli sakinlər şəhərləri ilə öyünürlər. Bu bölgə təkcə ağ qumlu çimərlikləri ilə deyil, həm də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş memarlığı ilə tanınır. Pravoslav möminlər üçün Bari "Müqəddəs Nikolay şəhəri"dir. Keşiş Nikolayın cəsədinin dəfn olunduğu kilsə şəhəri Avropa pravoslav kilsəsinin mərkəzlərindən birinə çevirib. Bari dini bayramlarda Bazilikanı ziyarət edən möminlərə və tarixi yerlərə ekskursiyalara gələn turistlərə çox borcludur.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOBarinin tarixi iki min il öncədən - romalıların burada balıqçılıq qəsəbəsi qurduğu vaxtdan başlayır. Şəhərdə çoxlu qədim görməli yerlər və memarlıq abidələri var. 1500-ci ildə yunanlar tərəfindən tikilən liman Adriatik dənizinin ən böyük sərnişin limanıdır. Limanda lövbər salan gəmilərlə təkcə sərnişinlər deyil, həm də dünyanın müxtəlif nöqtələrinə yük daşınır. Bu qədim liman İtaliyanı Yunanıstan, Monteneqro və Xorvatiya ilə birləşdirir. Barinin tarixi mərkəzi limanın ətrafında yerləşir. Şəhər müxtəlif sivilizasiyaların qovuşmasına şahidlik edib. Yunanların, Normand sülaləsinin, ərəblərin hökmranlığı altında yaşayıb. Bu izlər bu gün şəhərin memarlığında da yer alıb. Bu baxımdan, Bari qədimlik və müasirliyin görüş yeri kimi Cənubi İtaliyanı kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir. Hər 7 dəqiqədən bir Bari hava limanına təyyarə enir. Baridə iri müəssisələr yoxdur, iqtisadiyyat aqrar sektor, ticarət, nəqliyyat, turizm hesabına inkişaf edir. Bari eyni zamanda, iki dəniz - İon və Adriatikin kristal suları tərəfindən yuyulan uzun bir sahil zolağıdır. Bu sahillər İtaliyanın ən uzun sahilləri sayılır. Çimərlik tətilindən zövq almaq istəyən turistlər dünyanın hər yerindən bu təmiz sularda çimməyə, qızıl qumlu sahillərdə dincəlməyə gəlirlər.
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOŞəhəri şərti olaraq iki hissəyə bölmək olar: divar və dar küçələrlə əhatə olunmuş köhnə şəhər və 19-cu əsrin əvvəllərində tikilmiş müasir şəhər. Barinin ürəyi qədim şəhərdir (Bari Vecchio). Bura dolama zolaqların, daş döşənmiş küçələrin və kiçik meydanların bir-birinə qarışmasıdır. Təkcə qədim hissədə 40-dan çox kilsə gizlənir. Bu məbədlərdən birini görməmək hansısa tarixi və əfsanəni qaçırmaq deməkdir. Vecchio boyunca gəzmək Puqlianın gündəlik həyatına qərq olmağa imkan verir. Müqəddəs Nikolay Bazilikası (Basilica di San Nicola) Barinin əsas simvoludur. Bu, 1087-ci ildə tikilmiş pravoslav kilsəsidir. Əsrlər boyu bir neçə dəfə dağıdılıb, lakin 20-ci əsrin əvvəllərində sonuncu dəfə bərpa olunub. Bazilikanın içərisində Müqəddəs Nikolayın məzarını, bir çox məşhur heykəlləri və mozaikaları görmək mümkündür. Maraqlıdır ki, Baridəki Bazilikada müxtəlif mərtəbələrdə həm pravoslav, həm də katolik ayinləri çox vaxt eyni vaxtda keçirilə bilər. Bu ayinlərin eyni zamanda icrasına dünyanın başqa heç bir yerində rast gəlinmir.
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOTuristlər Barinin dar küçələrində gəzdikcə orta əsrlər atmosferinə düşürlər. Burada mənzərəli həyətlərə, italyan kinolarında gördüyümüz kadrlara – yuyulmuş paltarlar asılmış, altında motosiklet dayanmış güllü balkonlara baxa, qapısından tor pərdələrin asıldığı evlərin dar küçələrindən keçə, yerli əhalinin adət-ənənələrini öyrənə bilirlər. İtalyan evdar qadınların turistlərin gözləri qarşısında makaron (pasta) hazırlamalarını seyr etmək də olduqca maraqlıdır. Bu rəngarəng mənzərəni görmək üçün turistlər şəhərin vizit kartına - Pasta küçəsinə mütləq baş çəkirlər. Turistlər Barinin məşhur zeytun yağı, pendiri ilə bərabər rəngbərəng makaronlarını da həvəslə alırlar.
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOBari həm də universitet şəhəridir, canlı gecə həyatı var. Axşama doğru küçələr insanlarla dolmağa başlayır. Turistlər kafelərdə oturur, restoranlar yavaş-yavaş açılır. Son dərəcə səliqəli və zövqlə geyinən yaşlı çütlüklər küçələrdə gəzişirlər. Baridəki bütün restoranlar pizza, spagetti ilə bərabər dəniz məhsulları üzrə də ixtisaslaşıb. Kafe və restoranların çoxluğu turistlərə yemək problem yaşatmır. Qiymətlər isə ucuz deyil. Bari mərkəzi küçələri boyunca uzanan kafelərdə yeməklərin qiymətləri 20-30 avro arasında dəyişir. Aşağı büdcəli turistlər, tələbələr ciblərinə uyğun seçim edərək hindlilərin kafelərinə üstünlük verirlər. Sərfəli və ağız dadımıza uyğun türklərin kafe və restoranlarına rast gəlinmir. Turizm dövrü, turistlərin çoxluğu, dünyada gedən bahalaşma prosesini və italyanların yumşaq desək, qiymət "atmasını" da nəzərə alsaq, Barı bahalı şəhərdir. Mərkəzi hissədə brend mağazalarda da turistlərin izdihamı yaşanır. Qiymətlər ucuz olmasa da, keyfiyyətli malın alıcısı həmişə var. Xüsusən, əgər o İtaliya istehsalıdırsa...
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOBaridə ictimai nəqliyyat saat kimi dəqiq işləyir. Dəmir yol Stansiyasından (Bari Central) İtaliyanın müxtəlif şəhərlərinə rahat qatarlarla getmək mümkündür. Hava limanından mərkəzə və şəhər daxili avtobuslarla (1 avro) heç bir problem yaşamadan istənilən ünvana çatırsan. Avtobuslar axşam saat 22.00-a kimi işləyir. Səyahət üçün bileti sürücüdən, avtobus dayanacaqlarındakı köşklərdən və ya kitab mağazalarından almaq olur. Biletsiz səyahətə görə cərimə 100 avrodur. Bari əyalətindəki bütün taksi sürücüləri lisenziyalıdır və şəhər hakimiyyəti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq ödəniş tələb olunur. Baridə və ətraf şəhərlərdə turistlərin ünvanı çaşmaq kimi problemi yoxdur. İtalyanlar pozuq ingilis dilində və ya öz dillərində həvəslə yolu izah edəcəklər. Yerli polislər də nəzakətlidir.
Qədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOQədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOQədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOQədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTOQədimliklə müasirliyin görüş yeri olan Baridən REPORTAJ - FOTO

Turizm     Baxılıb: 277   Tarix: 10 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber en yeni xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbərlər