Qəfil ölümlər: Bu qidalardan imtina edin - XƏBƏRDARLIQ

Qəfil ölümlər: Bu qidalardan imtina edin - XƏBƏRDARLIQSon illər 40 yaşdan yuxarı şəxslərin gözlənilməz, qəfil ölümləri artıb. Bunun əsas səbəblərindən biri kimi isə oturaq həyat tərzi və qidalara diqqət edilməməsi göstərilir.
KONKRET.az xəbər verir ki, Rusiyalı alim, həkim-endokrinoloq Zuxra Pavlova 40 yaşdan yuxarı olan insanların qidalanmada nələrə xüsusi diqqət yetirmələri gərəkdiyini açıqlayıb.
Həkimin sözlərinə görə, xüsusilə bu yaşdan sonra pəhrizə diqqət edilməlidir, şəkər və ətdən istifadə azalmalıdır:
"Şəkər yüksək qlisemik indeksi olan qidalardan biridir. Beynin qocalmasını sürətləndirir, bədxassəli hüceyrələr üçün əla "yanacaq"dır. Şəkər birləşdirici toxumanın zülalını zədələyir, dərini, qan damarlarını, daxili orqanları qocaldır və kataraktaya səbəb olur".
O, şəkərli qazlı içkilər və şirələrdən, xəmirdən, yağlı desertlərdən imtina etməyi və mümkün qədər ağ çörək, kartof, makaron, düyü, dənli bitkilərdən az istifadə etməyi tövsiyə edib:
"40 yaşdan yuxarı insanların əksəriyyəti fiziki fəaliyyətini azaldır. Ona görə də istehlak edilmiş və sərf olunan kalorilərin balansını qorumaq üçün pəhriz lazımdır. Yaxud daha çox hərəkət edin ki, əlavə yağlar yığılmasın".
O, həmçinin qeyd edib ki, ət zülalını (xüsusilə qırmızı əti) həzm edən fermentlərin sayı yaş artdıqca azalır. Ondan tamamilə imtina etmək lazım deyil, lakin istifadəsini həftədə iki dəfəyə qədər azaltmaq lazımdır:
"Fəst-fuddan isə qəti imtina edilməlidir. Çünki fəst-fud gəncliyi və sağlamlığı "oğurlayır". İşlənmiş və qızardılmış qidalar, xüsusən də ət qaraciyərin, qan damarlarının və oynaqların iltihabına səbəb olur. Nəticədə dəri, maddələr mübadiləsi, piylənmə ilə bağlı problemlər yaranır"./Axar.az

Sağlamlıq       Tarix: 11 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az son xəbər xeber.az bu gun