Qənirə Paşayeva: İstifadəsinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılır

Qənirə Paşayeva: İstifadəsinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılır"Bu gün bir çox mağazalarda vaxtı ötmüş və ya son istifadə tarixinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılmış məhsullar satılır. Maddi imkanları məhdud insanlar da belə endirimli məhsulları alır".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsində çıxış edərkən deyib.
Q.Paşayeva qeyd edib ki, sözügedən sahədə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var:
"Biz bu qanun layihəsini dəstəkləyirik. Çox önəmli bir qanun layihəsidir və çox yüksək səviyyədə hazırlanıb. Lakin qanunun həyata keçirilməsi ən vacib məqamlardan olacaq. Çünki bu qanunu pozanlar, bu məhsulları ölkəyə gətirənlər, istehsal edənlər və satanlar sadə insanlar deyil.
Sözügedən sahədə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Məsələn, bilmək istəyirəm ki, qida və yem məhsullarının geri çağırılması, yığışdırılması və məhv edilməsi qaydalarını pozanlar - əhalinin sağlamlığına mənfi təsir göstərən neçə nəfər cəzalandırılıb və onların cəzaları nədən ibarət olub? Pozuntuya uyğun cəza alıblarmı? Cəza sistemi tətbiq olunmalıdır. Qoşqar müəllimlə danışdığımız zaman o, öz rastlaşdığı halları danışmışdı. Buradakı çıxışında da qeyd etsə, biz görərdik ki, əslində vəziyyət ürəkaçan deyil".
Deputat qeyd edib ki, qanun pozuntularına yol verənlərin cəzaları çox ağır olmalıdır:
"İkinci hissə maarifləndirmə ilə bağlıdır. Çünki mən düşünürəm ki, bu gün maarifləndirmə ən vacib məqamlardan biridir. Məsələn, bu gün bir çox mağazalarda vaxtı ötmüş və ya son istifadə tarixinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılmış məhsullar satılır. Maddi imkanları məhdud insanlar da belə endirimli məhsulları alır. Ümumiyyətlə istifadə müddəti bitmiş məhsullarla bu cür davranmaq, hətta reklam edərək yanaşmaq doğru deyil. Bu hallara qarşı cəzalar sərtləşmiş şəkildə olmalıdır. Vaxtı keçmiş qidalar həyat üçün təhlükəlidir. Düşünürəm ki, qanun layihəsində maarifləndirmə işləri öz əksini tapmalıdır. Çünki insanlar belə hallarla rastlaşdıqda nə etməli olduğunu bilməlidir. Qanun layihəsinin həyata keçirilməsində insanlarımızın dəstəyinə çox böyük ehtiyac var. Bir qurumun bu məsələni tək üzərinə götürüb yüksək səviyyədə nəzarət etməsi çox çətindir. Burada əhalinin sağlamlığından söhbət gedir. Ona görə, düşünürəm ki, qanun pozuntularına yol verənlərin cəzaları çox ağır olmalıdır".
Aydın Nuri

Sosial       Tarix: 05 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi