Qərb Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - 'Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırıb'

Qərb Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - 'Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırıb'Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media platformasında COP-29 ərəfəsində Azərbaycana qarşı çirkin kampaniya aparan, bədxah əməllərindən əl çəkməyən ABŞ-nin nüfuzlu "Washington Post" qəzeti barədə diqqətçəkən yazı tirajlayıb.
O, həmçinin "Milyarder Ceff Bezosun ABŞ mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını nümayiş etdirir" deyə yazısında qeyd edib.
Bəs, niyə ölkəmizə qarşı ABŞ-nin adıçəkilən, tanınmış mətbuat orqanı bu cür qarayaxma kampaniyası həyata keçirir?
Qərbin Azərbaycanla bağlı hansı planları ola bilər?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa azxeber.com-a açıqlamasında bildirib ki, Qərb Avropa Birliyi, xüsusilə də mətbuat vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır:
Qərb Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - 'Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırıb'"ABŞ ictimai rəyində COP-29-la, bütövlükdə Azərbaycanla bağlı mənfi rəyin yaranması məqsədyönlü xarakter daşıyır. Onlar artıq Avropa Birliyi, xüsusilə də "Vashington Post" və başqa vasitələrlə atəş açmağa başlayıblar. Onlar əslində Azərbaycanı hədəfə almaqla bölgədə öz dostlarını tamamilə itirmiş olurlar. Prezidentin köməkçisi Hikmət Hacıyevin bu məsələyə diqqət çəkməsi də olduqca əhəmiyyətlidir. Çünki bu birmənalı olaraq Azərbaycanın ictimai rəyini ortaya qoyur. Bütün bunların hamısı bizim qələbəmiz hesabınadır. Uğurlarımız olduğuna görə, bu cür təzyiqlərlə qarşı-qarşıya gəlirik. Biz də bütün bu prosesləri anlamalıyıq və daha çox dövlətin ətrafında birləşməliyik. Daha çox öz mobil imkanlarımızı səfərbər etməliyik. Mətbuatla, beynəlxalq təşkilatlarla ciddi şəkildə işləməliyik ki, bu qüvvələrin Azərbaycana qarşı həmrəyliyinin nəticə verməməsinə nail olaq".
Deputat əlavə edib ki, Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırdı:
"Prezidentin köməkçisi də kifayət qədər aktual olaraq məsələni diqqətə çatdırdı və hər kəs də məsələylə bağlı artıq prinsipial və şəxsiyyətli mövqe nümayiş etdirdiyini görür. Hansı dövlət olur olsun, super güc olsun. Ədalətsizdirsə, Azərbaycan həmin yanlış hərəkət qarşısında baş əymək düşüncəsində deyil. Öz tədbirini də yüksək səviyyədə keçirəcək. Ölkəmiz COP-29-da göstərəcək ki, bu cür ciddi humanitar tədbiri belə Azərbaycan başqalarından fərqli olaraq daha yüksək səviyyədə həyata keçirdi".
Mövzuya geopolitik müstəvidən yanaşan siyasi şərhçi Tural İsmayılov azxeber.com-a açıqlamasında qeyd edib ki, son zamanlar "Vashington Post" dünyada qara piarın, çirkli kampaniyaların mərkəzi halına çevrilib:
Qərb Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - 'Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırıb'""Vashington Post" qəzeti çox təəssüflər olsun ki, dünyada qara piarın, çirkli kampaniyaların və qeyri-obyektivliyin mediadakı mərkəzi halına çevrilib. Məhz "Vasington Post"un bu ədalətsiz mövqeləri Qərb mediasının nə qədər aşağı səviyyədə olduğunu növbəti dəfə dünyaya nümayiş etdirmiş oldu. Özünü tanınmış media qurumu adlandıran "Vashington Post"la digər bu qəbildən olan mətbuat orqanları ABŞ-nin həyata keçirdiyi siyasəti davam etdirirlər. 30 il ərzində Azərbaycan torpaqlarının işğalı dövründə "Vashington Post" da daxil olmaqla dünyada guya ədalətin, demokratiyanın və insan haqlarının carçısı qismində özünü təqdim etməyə çalışan mətbuat orqanları mövqesiz və ya səssiz qaldılar. Eyni zamanda, bundan sonrakı dövrdə də biz gördük ki, sözügedən mətbuat vasitələri Xocalı soyqırımının beynəlxalq aləmdə öz ədalətli yerini tapmasını, yaxud xalqımızın başına gətirilən bir sıra problemlərdə həqiqi reallıqların əldə edilməsinə çalışmayıb. Heç zaman əzilən insanların haqq səsi olmayıb".
Politoloq əlavə edib ki, "Vashington Post" və bu kimi media orqanları mövcud reallıqları, həqiqətləri dilə gətirmək cəsarətini özlərində tapmırlar:
"Bu gün Fransa tərəfindən neokolonizm, ABŞ tərəfindən neoimperializm siyasəti davam etdirilsə də, "Vashington Post" və bu kimi media orqanları mövcud reallıqları, həqiqətləri dilə gətirmək cəsarətini özlərində tapmırlar. O cümlədən COP-29 ərəfəsində beynəlxalq iqlim məsələlərinin müzakirə olunduğu platformaya dəstək olmaq, bütün dünyanı narahat edən qlobal iqlim təhlükəsi məsələlərini qabartmaq yerinə, adıçəkilən media vasitələri və onlarla bir qəbildən olan media resursları əksinə olaraq COP-29, xüsusən də Azərbaycan əleyhinə qarayaxma və dezinformasiya kampaniyası aparmaqla məşğuldurlar. Bütün bunlar onu göstərir ki, Qərbin Azərbaycana yanaşması ədalətsizlik və qeyri-səmimilik üzərinə qurulub".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.
Qərb Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - 'Hikmət Hacıyev olduqca aktual məsələni diqqətə çatdırıb'

Siyasi       Tarix: 30 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim axsam az xeberler dunya xeberleri son xeber 2026