"Qərb hakim "Gürcü Arzusu" partiyası ilə dialoqa girməyə məcbur olacaq, çünki..." - İLGİNC SƏBƏBLƏR
Gürcüstanda seçkidən sonra baş verən etirazlar və bunun fonunda yaşanan gərginliklər səngimək bilmir.
Müxalifət seçkinin nəticələrinin ləğv olunmasını, təkrar seçkilərin keçirilməsini tələb etsə də, hakim "Gürcü Arzusu" bununəleyhinə çıxış edir. Hazırda Gürcüstan Qərb və Rusiya arasında mübarizə meydanına çevrilib. Bəs görəsən, Gürcüstanda proseslər necə cərəyan edəcək, etirazlar nə ilə nəticələnəcək? Etirazlar nəticə verəcəkmi?
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Gürcüstanda hazırda baş verən etiraz aksiyaları gözlənilən idi:
"Qərb bu nəticələri dəyişmək üçün öz resurslarını səfərbər edib maksimum təzyiq göstərməyə çalışır. Amma bu aksiyaların heç bir nəticəsi olmayacaq. Çünki "Gürcü Arzusu" seçkilərdə demokratik yolla qələbə qazanıb. Eyi zamanda qanun pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Qanun pozuntuları varsa belə, bununla bağlı apellyasiya şikayəti verilməsi mümkündür. Amma bu, Qərbin variantıdır. Qərb hər zaman Gürcüstanda bu cür addımlar atıb. Hesab edirəm ki, aksiyalar nəticəsiz bitəcək. Bundan sonra Qərb hakim "Gürcü Arzusu" partiyası ilə dialoqa girməyə məcbur olacaq. Çünki Qərb birdəfəlik Gürcüstanı itirmək istəmir və təmasların qalmasında maraqlıdır. "Gürcü Arzusu" partiyası isə Qərblə arasına məsafə qoyacaq. Böyük ehtimalla Rusiya ilə münasibətlərin normallaşması mərhələsi başlayacaq. Hətta 3+3 formatı çərçivəsində növbəti sammitlərdə Gürcüstan da iştirak edə bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub