Qərb iqlim, Şərq isə milli təhlükəsizlik haqqında düşünür: Kim haqlıdır?- "The Spectator"-un TƏHLİLİ
Ötən ilin noyabrında Qlazqoda keçirilən iqlim konfransında 200-ə yaxın ölkə mədən yanacaqlarından, xüsusən də, kömürdən sürətlə imtina edəcəyinə söz verdi. Maraqlıdır ki, iki böyük dövlət- Çin və Rusiya bundan imtina etdi.
Çin bir qədər ehtiyatlı danışıb. Amma Rusiya birmənalı şəkildə mədən yanacağından istifadəni davam etdirəcəyini bildirib. Qaz hasilatına görə dünyada ikinci, neft hasilatına görə üçüncü yeri tutan, həmçinin, qlobal tədarükün 10%-nə cavabdeh olan Kreml bunun ona nə üstünlük verdiyini anlayır.
Bu arada Pekin 43 yeni kömürlə işləyən elektrik stansiyası və 18 partlayış sobası tikintisini fəal və qətiyyətlə həyata keçirir. Yaşıl tərəfdarların 2060-cı ilə qədər karbondan neytral olacağını vəd edən Çin, daxili mədənlərdə kömür hasilatını artıraraq ümumi istehsalı 100 milyon tona çatdırmaq istəyir. Qərbdə bu barədə demək olar ki, heç bir məlumat verilmir. Lakin Çində karbon emissiyalarının həcmi hər il 15% artır və artıq dünyanın bütün inkişaf etmiş ölkələrinin ümumi emissiyalarını üstələyir.
Ötən ay Moskva və Pekin enerji tərəfdaşlığı haqqında razılığa gəliblər. Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpin ilə birlikdə yeni boru kəməri vasitəsilə Çinə ildə on milyard kubmetr qaz tədarük etmək barədə razılaşmanı təsdiqləyib. Bu, Çinə özünü enerji resursları ilə təmin etməyə əsaslı şəkildə kömək edəcək. Ona görə də, tranzit ünvan kimi Avropa Moskva üçün daha az əhəmiyyət kəsb edir.
Bu yanaşma dünyaya çəhrayı eynəkdən baxan prezident Co Baydenin dünyagörüşü ilə tamamilə ziddiyyət təşkil edir. Yaşıl fəalları sevindirmək üçün o, enerji müstəqilliyindən imtina etdi. İctimai torpaqlarda neft və qaz qazma işlərini dayandırdı və Kanadadan ABŞ-a neft daşıyacaq Keystone boru kəməri üçün icazələri ləğv etdi.
Göründüyü kimi, dünyanın bir tərəfində yaşılın dalınca düşülüb, digər qütbdə isə mədən sənayesinin. Ona görə də, ekoloji tarazlığın bərpası üçün bütün dünya səfərbər olmasa, fərdi təşəbbüslər səmərəsiz qalacaq.
"The Spectator", Böyük Britaniya. 14 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Qardaşına xəsarət yetirən qadınla bağlı hökm dəyişdirildi
Pirşağıda yol qəzasında motosiklet sürücüsü öldü
Tovuzda ər arvadını bıçaqladı
Maşın mal-qaraya çırpıldı
İcra başçıları kütləvi ixtisarlara başladı: Vəzifələr niyə ləğv edilir?
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi
Hacıbəy Heydərli: Sosial şəbəkələrlə bağlı qanuna edilən dəyişiklik dövrün tələbidir
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq
Aİ Azərbaycanın Vaqif Xaçatryan və digər üç ermənini təhvil verməsini alqışlayıb
Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir
Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi
Azərbaycanla Naxçıvan arasında kommunikasiyaları açmağa hazırıq' - Paşinyan
Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU
Yer kürəsində maqnit qasırğası başlayıb
İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib