Qərb "qələbə planı"na "yox" dedi - Ukrayna döyüş meydanında Rusiya ilə tək qaldı

Qərb Xəbər verdiyimiz kimi, Ukrayna lideri Vlodimir Zelenski Rusiya ilə müharibədə zəfər əldə etmək üçün "qələbə planı"nı açıqlayıb. Məlumata görə, Zelenski planın 5 bənd və üç gizli əlavədən ibarət olduğunu deyib. Qeyd olunub ki, bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı ikinci işğalın qarşısını almaq üçün müharibənin bitməsindən sonrakı vaxta aiddir.
Lakin plana qarşı münasibət Qərb və ABŞ tərəfindən birmənalı olmayıb. Bəzi siyasi analtiklər və ekspertlər bunu uğursuz adlandırıblar. Rusiya nümayəndələri bunu özlərinin növbəti qələbəsi kimi elan ediblər.
KONKRET.az xəbər verir ki, Rusiyanın məşhur informasiya portalı "gazeta.ru" Ukrayna liderinin planı haqda məqalə dərc edib. Qeyd olunub ki, Ukrayna müharibədə dalana dirənib:
"Ukrayna Prezidenti Vlodimir Zelenskinin müharibədə qələbə qazanmaq üçün öz planını təqdim etdi. Lakin onun diplomatik turu uğurlu alınmadı. İndi onlar üçün münaqişənin gələcəyi sual altındadır. Son ümidləri "qələbə planı"na idi. Danışıqlar zamanı məlum oldu ki, rəsmi Kiyev və Qərb arasında müəyyən fikir ayrılıqları var. Amerikalılar və avropalılar gözləyirdilər ki, Ukrayna onlar üçün aydın qələbə baxışı təqdim edəcək və buna nail olmaq üçün aydın yol xəritəsi çəkəcək. Lakin hər şey gözlənildiyi kimi olmadı, Zelenski sadəcə güclü mövqedən danışıqlar apara bilməsi üçün "istəklər siyahısını" təqdim etdi. Prezident təkid edir ki, Rusiya ərazilərinə uzaqmənzilli silahlarla zərbə müharibənin gedişini onların xeyrinə çevirəcək. Lakin Avropa liderləri planı uğurlu hesab etmirlər. Onlar Rusiya ərazilərinə zərbələri daha təhlükəli hesab edirlər. Nəticədə, "qələbə planı"na "yox" deyildi. Artıq Qərb mediası Zelenskinin Rusiya və daxili problemlərlə baş-başa qaldığını yazır.
Bəs belə vəziyyətdə Ukraynanın alternativləri varmı?
Zelenskinin sözlərinə görə, Kiyevin həqiqətən də öz "B planı" var – Qərbin məhdud yardımı və daxili resurslara arxalanaraq indi olduğu kimi mübarizəni davam etdirmək. Aydındır ki, bu halda Ukrayna müdafiə mövqeyi tutmalı və dözməli olacaq. Sual budur ki, Kiyev nə qədər mübarizə apara biləcək?
Başqa sözlə, "B Planı"nın ən real məqsədi gələn ilin əvvəlinə qədər mübarizə aparmaq və bundan sonra nə edəcəklərinə qərar verməkdir. Bunun üçün Ukraynanın kifayət qədər resursları olmalıdır. Ukrayna Silahlı Qüvvələri xroniki böhran yaşayır. Cəmiyyətində hakimiyyətin siyasətindən məyusluq artır, lakin əksəriyyət hələ də Rusiya ilə güzəştə getmək istəmirlər.
Burada Zelenski üçün əsas məsələ vəziyyəti düzgün qiymətləndirmək və qərar vermək üçün anı qaçırmamaqdır. Axı siyasi vəziyyət düzəlməsə və Ukrayna hakimiyyəti mürəkkəb suallara cavab axtarmalı olacaq".
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat