Qərb-Rusiya qarşıdurması: Rubl "öldürülür"
Rusiya ilə Qərb arasında gərginliyin artması bu ölkənin milli valyutasına da öz təsirini göstərib. Rusiya valyutası son bir ayda 6 faizə yaxın dəyər itirib. Analoji proses Qərblə Türkiyə arasında gərginliyin artdığı vaxta da baş vermişdi. Türk lirəsi rus rublundan fərqli olaraq, təxminən 40 faiz dəyər itirmişdi.
KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyib ki, iqtisadiyyatda geosiyasi faktorlar mühüm rol oynayır:
"Rusiyanın səhm bazarında ciddi enmələr müşahidə olunur. Elə bu gün Rusiya səhm bazarında rubl indeksli səhmlər 6 faiz, dollar indeksli səhmlər isə 8 faizdən çox dəyər itirib. Rus rublunda da son illərin ən yüksək ucuzlaşmasını görürük. Az qalıb dolların məzənnəsi 80 rubla yaxınlaşsın".
Ekspertin sözlərinə görə, birjalarda gərginliyin artması hiss olunur:
"Kapital sanki ürkək ceyrandır. Təhlükə hiss edəndə kapital özünü qorumağa və təhlükədən uzaqlaşmağa çalışır. Rusiya iqtisadiyyatı həm birjalar, həm də səhm bazarı vasitəsilə tənzimləndiyindən həm bəzi daxili, həm də xarici investorlar öz vəsaitlərini rublda yox, dollarda saxlamağa çalışırlar. Rus şirkətlərinin səhmləri də satışa çıxarılır. Çünki çox sərt sanksiyaların qoyulacağı deyilir.
Bəli, kapital həmişə daha sakit bir məkan axtarır. Harada gərginlik varsa, oradan çıxmağa çalışır. Rusiyada baş verənlər də bunun nəticəsidir, geosiyasi gərginlik Rusiya bazarına, səhmlərinə də mənfi təsir göstərir".

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar