Qərbi Avropadan ölkəmizə uzanan əllər və ya Fransa Azərbaycandan nə istəyir? - Azər Niftiyev yazır

Qərbi Avropadan ölkəmizə uzanan əllər və ya Fransa Azərbaycandan nə istəyir? - Azər Niftiyev yazırABŞ-ın dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv le Drianın birgə mətbuat konfransı zamanı ikincinin Azərbaycana qarşı səsləndirdiyi iddialar rəsmi Parisin müstəmləkəçilik siyasətinin davamı və Qərbin Cənubi Qafqazı nəzarətə almaq planının tərkib hissəsidir. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi (AB)-Ermənistan formatında baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş, "Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın" aspektləri barədə müzakirələr də bu oyunun vacib elementləridir. Məlumatlara görə, görüşdə Ukrayna ilə imzalanan sazişlərə bənzər formada "Ermənistanın təhlükəsizliyi"nə təminat verəcək üçtərəfli hərbi pakt da imzalanacaq.
Ermənistana dəstək, yoxsa Cənubi Qafqazda möhkəmlənmək planı...
Paşinyan iqtidarına yaxın mətbuat orqanlarında və siyasi kluarlarda baş verənlər Ermənistanın Qərbə inteqrasiyası, Avropa Birliyi üzvlüyünə aparan yolun başlanğıcı kimi qiymətləndirilsə də, rəsmi İrəvan bu prosesdə sadəcə vasitəçi kimi iştirak edir. Əvvəla, hakimiyyətə Paşinyanı konkret şərtlərlə bu qüvvələr gətirib və ondan üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb edirlər. Məhz elə bu səbəbdən də Paşinyan ölkəsini böyük təhlükə altına ataraq "missiyasını" icra edir. Digər tərəfdən bu gün ABŞ və Fransada erməni lobbisi kifayət qədər güclüdür və seçkilərin taleyinə bilavasitə təsir edə bilir. Payız seçkiləri öncəsi Bayden, eləcə də Makron "Ermənistanın təhlükəsizliyi" mövzusunu gündəmə gətirərək, erməni lobbisinin etimadını qazanmağa çalışırlar.
Üçüncü və daha vacib səbəb isə Qərbin Cənubi Qafqazı nəzarətə götürmək niyyətidir ki, Paşinyan hazırda bu ssenaridə baş rolda yer alır. Qərbin bundan öncə Ukrayna ilə bənzər sazişlər imzalaması əminliklə söyləməyə əsas verir ki, Rusiya və İran əsas "qurbanlardan" biridir. Ələxsus da, Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasət kursu ölkəmizi də hədəfə gətirib. 44 günlük vətən müharibəsi və antiterror əməliyyatından sonra əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin suverenliyi məsələsində Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi Fransa da daxil olmaqla, Qərb dairələrini qıcıqlandırır. "Əbədi ruporluq köynəyini" əyninə biçən Ermənistandan fərqli olaraq Azərbaycanın xaricdən təzyiqlərə boyun əyməməsi, balanslaşdırılmış diplomatik siyasəti fonunda Fransanın ölkəmizə təzyiqləri təsadüfi görünmür.
Fransa Azərbaycandan nə istəyir – "ədalət tələbi", yoxsa kolonializasiya?
Məlumdur ki, Fransa əsrlər boyu işğalçılıq siyasəti yürüdüb. Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlər, yer kürəsinin 50-dən artıq ölkəsinin ərazisini işğala məruz qoyması, bu dövlətlərin sərvərlərini talan etməsi, etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakinin kütləvi qətliamı, Əlcəzairdə milyonlarla insanı təhlükə altına atması və orada 17 nüvə sınağı təşkil etməsi, bu ölkənin ərazisinə 5 milyondan artıq mina basdırması, paytaxt Parisdə "İnsan Muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 min döyüşçünün kəllə sümüklərinin nümayiş etdirilməsi, Nigeriya, Vyetnam, Kamerun, Ruanda, Mərakeş, Tunis və digər ölkələrdə törətdiyi bəşəri vəhşiliklər Fransanın gerçək mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Fransa və Ermənistan arasında oxşarlıqlar mövcuddur. Ermənistan da Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə və Azərbaycanın digər suveren torpaqlarında insanlıq əleyhinə bəşəri soyqırımlar törədib. Fransa hazırda bəşəri soyqırımlarının dəstəkçisi missiyasını da "uğurla" davam etdirir.
Azərbaycana gəldikdə isə mütəmadi olaraq bu Qərbi Avropa ölkəsinin yüksək rütbəli məmurları və kütləvi informasiya vasitələri tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alır. Bu isə o deməkdir ki, bu rəsmi Parisin mövqeyidir. Fransanın Ermənistanı geniş şəkildə silahlandırması, bölgədə militarizmi təşviq etməsi də bunun bariz nümunəsidir. İsrail-HƏMAS toqquşmasının Fransada daxili siyasi gərginliyin artmasına səbəb olması və bu fonda Makron hökumətinin əsas diqqəti ölkəsindən yayındırmaq cəhdləri də bu sırada yer alır. Daxili sabitliyi qorumaqda aciz qalan Fransa çıxış yolunu "dünyaya təsir dairəsini" artırmaqda, müxtəlif dövlətlərə təzyiq edərək, öz çirkin maraqlarını həyata keçirməkdə görür. Bu xüsusda Makronun xeyir-duasıyla iqtidara yiyələnən Paşinyanın fəallığı da diqqətdən yayınmır.
Cəhənnəmə gedən özünə yoldaş axtarar – Paşinyan "qan gölü" görmək istəyir?
Dünyanın qlobal çağırışlarla üz-üzə qaldığı bir şəraitdə ayrı-ayrı Qərb təsisatları tərəfindən Ermənistanla bağlı verilən mesajlar, müntəzəm görüşlər regionumuzun böyük güclər arasında növbəti "rəqabət-çəkişmə" coğrafiyasına məruz qaldığına şübhə yeri qoymur. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, Fransanın da daxil olduğu Qərb bloku Rusiyaya qarşı mübarizəsini Ukraynadan Azərbaycana daşımaq niyyətindədir. Bu istiqamətdə çeşidli və çoxvektorlu ssenarilər qurulur, müxtəlif təxribat planları icra olunur. Paşinyan revanşa hazırlaşır və Qərbdəki tərəfdarları ilə birlikdə Azərbaycanın suverenliyi mövzusunu gündəmə gətirməklə, bölgədə yeni toqquşmalara və müharibələrə rəvac verir. Eyni zamanda bu təxribatlar  Qərbin Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaq və Avropanın bölgədə nüfuzunun artması niyyətinə xidmət edir. Mülki partul missiyası adı altında kəşfiyyatçılardan, siyasi texnoloq və fransız qafqazşünaslarından ibarət qüvvələrin Azərbaycanla sərhədə gətirilməsi və onların sayının sürətlə artırılması, Ermənistan parlamentinin isə bu "missiya"nın fəaliyyətinə dair ratifikasiya sənədi bu qəbildəndir.
Ağılsız diktator məğlub Ermənistanı növbəti fəlakətə sürükləyir...
Məlumdur ki, Rusiya və İran burunlarının dibində ABŞ və Qərbin nəzarət mexanizmi qurması, bölgəyə nəzarət etmək cəhdi ilə barışmayacaq və lazım gəldiyi təqdirdə buna qarşı qəti tədbirlər görəcək. O da bəllidir ki, Azərbaycan da Ermənistanın təxribat cəhdlərinə qarşı sərt tədbirlər görəcək. Yaxın dörd il ərazində baş verənlər, İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı bunun bariz nümunəsidir. Hamını düşündürən sual da budur – Paşinyan rejimi bunu bilə-bilə niyə öz ölkəsini fəlakətə sürükləyir? Bölgənin gələcəyinin qarşıdurma və müharibələrdə deyil, sülh, əmin-amanlıqda olduğu Paşinyana da məlumdur axı. Görünən odur ki, Paşinyan Fransanın tapşırıq və təlimatlarını qeyd-şərtsiz icra edir və ölkəsi daxil regionu təlatümlərə, fəlakətlərə sürükləyir. Bundan da ən çox ziyan çəkən hərbi və iqtisadi qüdrəti olmayan, əhalisi səfil vəziyyətdə olan Ermənistan olacaq.
Fransa isə "suyu bulandırıb balıq tutmaq" sevdasında, Cənubi Qafqazda sülhə mane olmaq cəhdlərini davam etdirməkdə, qərbli müttəfirlərinə öz "əhəmiyyətini göstərməkdə", qoca qitənin lokomotiv ölkəsi olaraq mövcudiyyətini qorumağa çalışmaqdadır. Lakin o da məlumdur ki, bu oyunda təkcə Ermənistan yox, elə Fransanın özü də məğlub olacaq. Necə deyərlər – "cücəni payızda sayarlar". / azxeber.com

Siyasi       Tarix: 03 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri bugünkü son xəbərlər bu gune olan xeberler ən son xəbərlər