Qərbi Azərbaycanda soyqırımına məruz qalmış yerlərin sayı müəyyənləşdirilib, soydaşlarımızın siyahısı tərtib edilib
1987-1991-ci illərdə Qərbi Azərbaycanda – indiki "Ermənistan" ərazisində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərin dəqiq sayı və adları müəyyənləşdirilib və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısı tərtib edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması qarşısına Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında təsbit olunmuş konkret vəzifələr qoyub və addım-addım onları həyata keçirməkdədir: "Bu sırada Qərbi Azərbaycan həqiqətlərini bütün tərəfləri ilə öyrənmək və onları beynəlxalq müstəviyə çıxarmaq xüsusi yer tutur".
İcma sədri bildirib ki, ilk addım olaraq sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda – indiki "Ermənistan" ərazisində soydaşlarımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş soyqırımı cinayətini sənədləşdirməyə başlayıblar:
"Təbii ki, ilk olaraq soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını müəyyənləşdirdik və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısını tərtib etdik. Əslində, bu, düşündüyümüzdən daha çətin proses oldu, çünki həmin tarixdən təxminən 36 il keçib və insanlarımızın bir hissəsi bu müddət ərzində dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın bir çox ölkələrinə səpələnib ki, onların bəzilərinin harada yaşadığını müəyyən etmək belə çox çətindir. Lakin, çətin də olsa, biz bu işin öhdəsindən gəldik və onları rəsmi olaraq geniş ictimaiyyətə açıqlamağa hazırlaşırıq".
Ə.Ələkbərli qeyd edib ki, yaxın günlərdə İcmanın İdarə Heyəti məsələ ilə bağlı öz qərarını verəcək.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da