Qərbin bəzi dairələrinin Gürcüstana təzyiq cəhdləri bütövlükdə regionda sabitliyi pozmağa hədəflənib

Qərbin bəzi dairələrinin Gürcüstana təzyiq cəhdləri bütövlükdə regionda sabitliyi pozmağa hədəflənibXarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan  qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı inkişaf  səviyyəsi diqqətdən kənarda qalmır. Tarixi köklərin birləşdirdiyi Azərbaycan-Gürcüstan  əlaqələrindən bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri əməkdaşlığın inkişafında  əhəmiyyətli rol oynayıb. 1996-cı ildə imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək çoxsaylı qarşılıqlı səfərlər, müxtəlif səviyyələrdə keçirilən görüşlər, imzalanan sənədlər əlaqələrin daha da inkişafında mühüm rol oynayır. Onu da qeyd edək ki, dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci ildə  qurulub. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Əməkdaşlıqda iqtisadi amilin rolunu önə çəksək bu gün Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini böyük əminliklə qeyd edə bilərik. Regional çərçivədə qurulan əməkdaşlığın əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyədir. Hər üç dövlətin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurlu sonluqla başa çatması ölkələrimizin enerji və nəqliyyat imkanlarının artmasını şərtləndirdi. Dünyanın möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit  ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yarandı. Neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür. İqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə kredit ayırmaqla qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə azxeber.com-a açıqlamasında bildirib.
Millət vəkili  hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində də iki ölkənin əməkdaşlığının uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstan və Azərbaycan  Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər.  2022-ci ilin dekabr ayında  Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı. Dövlət başçısı İlham Əliyev həmin mərasimdəki çıxışında qeyd etdi ki, bu gün  Avropaya digər enerji körpüsünü salmağa başlayırıq.  Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.
  Vüqar Rəhimzadə qarşılıqlı səfərlər çərçivəsində günümüzün əsas məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldığını və ümumi mövqeyin ortaya qoyulduğunu qeyd edib. Vurğulayıb ki, ötən il Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, eyni zamanda, bu il Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri əlaqələrimizin dünəninə, bu gününə və perspektivlərinə işıq saldı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurlarının miqyası daha da genişlənib. Bu, özünü ikitərəfli formatda əlaqələrin inkişafında, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə  sözünün imzası qədər əhəmiyyətli olmasında, qatıldığı beynəlxalq tədbirlərin say tərkibinin genişliyində, ən əsası dövlət başçısı İlham Əliyevin hər bir məsələ ilə bağlı mövqeyinə verilən dəyərdə aydın ifadəsini tapır. Prezident İlham Əliyev iki dost ölkənin münasibətlərindən bəhs edərkən bu fikirləri xüsusi vurğulayır ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb.
Milli Məclisin deputatı onu da bildirib ki, qarşılıqlı səfərlərdə çoxmillətli və çoxkonfessiyalı  ölkələr olan Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsini multikulturalizmin nümunəsi adlandıran hər iki ölkənin liderləri   bu istiqamətdə münasibətlərin daha da möhkəmlənməsini bütün sahələrin inkişafına təsir edən amil kimi dəyərləndirirlər. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar dostluq və qardaşlıq münasibətlərində yaşamışlar. İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə  Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi qeyd edilməlidir.
Vüqar Rəhimzadə dost ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğunu diqqətə çatdıırıb. Bildirib ki, oktyabrın 26-da  Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstanın inkişaf yolunda inamla irəliləməsi xalqın həyata keçirilən siyasətə dəstəyində əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, son günlər Qərbin bəzi dairələri Azərbaycana olduğu kimi,  Gürcüstana da təzyiq və  daxili işlərinə müdaxilə etməyə cəhd göstərirlər.  Ölkəmizdə istədiklərinə nail ola bilməyən həmin dairələr bu ssenarilərini dost Gürcüstanda reallaşdırmağa çalışırlar. Həmin dairələr bununla da bütövlükdə regionda sabitliyi pozmağı hədəfləyirlər.
Reallıq budur ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Azərbaycan-Gürcüstan, eyni zamanda, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.  Əməkdaşlığın perspektivləri aydındır. Bu, həm ölkələrimiz, həm də Cənubi Qafqaz üçün çox vacib amildir. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, bizə dost ölkədir. Xalqlarımız arasında ənənəvi dostluq gündən-günə daha da möhkəmlənir. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində Prezident İlham Əliyevin xidmətləri yüksək dəyərləndirilir. İki ölkənin gələcəyə baxışı olduqca aydındır. İki dost, qardaş ölkə  tərəfdaşlığın və dostluğun  uzunömürlü olacağına əminliklərini ifadə edirlər.
Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, hər iki dövlət  hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bu gün də dəstəkləyir. Dövlətlərimiz bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə  bir-birinin  yanındadır. Dost Gürcüstan tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi  sülh müqaviləsinin imzalanması prosesində vasitəçi olmağa hazır olduğunu bildirir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edən rəsmi Tbilisinin çağırışı budur ki, Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.

Siyasi       Tarix: 16 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN

Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilir. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənəd məktəbəqədər təhsil sahəsind

Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında əldə edilməsi planlaşdırılan yekun razılaşmaya mane olmaq üçün genişmiqyaslı diplomatik və media kampaniyasına başlayıb. CNN telekanalına açıqlama verən israill

İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?

"İranla Ermənistan arasında münasibətlərin yaxın perspektivdə birbaşa hərbi ittifaq və ya ortaq hərbi əməliyyat səviyyəsinə keçməsi real görünmür. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər iki ölkə əməkdaşlığı daha ço

Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə  -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Səfər çərçivəsində Məsləhət Şurasını

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub

İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. xəbər veri

Azərbaycanda orta aylıq maaş artdı - Amma

Azərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib. xəbər verir ki

ABŞ kəşfiyyatı Netanyahu ilə bağlı elə bir məlumat yaydı ki

ABŞ kəşfiyyat xidmətləri Tramp administrasiyasını İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonun İranla əldə etdiyi uzunmüddətli sülh razılaşmasını pozmaq üçün addımlar atacağı barədə xəbərdar edib. Bu barədə "Th

Əli Əsədova 'Bright Uzbekistan' layihəsi təqdim olundu

Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinet


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 cəbhədən son dəqiqə valyuta məzənnələri en son xeber