Qərbin COP29-öncəsi fəallaşması təsadüfi deyil' - Fərid Şahbazlı

Qərbin COP29-öncəsi fəallaşması təsadüfi deyil' - Fərid ŞahbazlıOtuzillik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə və işğal faktına göz yuman bəzi Qərb dairələrinin COP29-öncəsi fəallaşması səbəbsiz deyil və beynəlxalq miqyasda Azərbaycanın uğurlarına kölgə salmaq niyyətindən qaynaqlanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı söyləyib.
Qərbin birqütblü dünya qurmaq niyyətindən bəhs edən siyasi şərhçi qeyd edib ki, müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlar məhz bu səbəbdən qaynaqlanır. Ermənistan Azərbaycanın 20 faiz torpağını 30 il işğal altında saxlayıb, bir milyondan artıq vətəndaşımızı doğma yurd-yuvasından didərgin salıb. Eyni zamanda, Azərbaycanın ərazilərini xarabalığa çevirib, ekoloji və mina terroruna məruz qoyub. Xocalıda və digər şəhərlərimizdə soyqırımı hücumu həyata keçirib. Bu müddətdə Ermənistanın işğalçı və terrorçu mövqeyinə qarşı heç bir real addım atmayan Qərb dairələri tarixi Zəfərdən sonra Ermənistandan dəymiş zərərə görə kompensasiya tələb etmək əvəzinə, ölkəmizə qarşı hücumlara start veriblər. Heç şübhəsiz ki, onların sülh çağırışları da səmimi deyil. Aydın şəkildə başa düşürlər ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və onun iştirakı olmadan regionda heç bir layihə işlək olmayacaq. Bütün bunların fonunda Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin maraqlarına cavab vermir. Ölkəmiz isə məhz milli maraqlara söykənən müstəqil xarici siyasət kursunun, eləcə də ölkə daxilində həyata keçirilən çoxvektorlu islahatlar sayəsində bu mövqeyə yüksəlib.
Onun sözlərinə görə, dünya birliyinin Qərbdən iqlim dəyişiklikləri ilə bağlı maliyyə öhdəlikləri gözlədiyi bir zamanda Azərbaycana qarşı qarayaxmalar təsadüfi deyil: "Onlar ekoloji problemlərin və iqlim dəyişikliklərinin həlli üçün vəsait ayırmaq istəmirlər və bundan yayınmaq üçün COP tədbirinə ev sahibliyi edəcək ölkəyə qarşı böhtan və şantaj kampaniyasına başlayıblar. COP29 tədbiri yüksək səviyyədə baş tutacaq və ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir iqlim dəyişikliklərinin həllinə öz mühüm töhfəsini verəcək. Bu cür təzyiqlər isə hər dəfə olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq", - deyə Fərid Şahbazlı fikrini tamamlayıb. / azxeber.com

Siyasi       Tarix: 25 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri