Qərbin "pensiyaner" siyasətçiləri Azərbaycan əleyhinə kampaniyada - Onları kim maliyyələşdirir?
COP29 ərəfəsi Azərbaycana qarşı aparılan kampaniya davam edir. Qərb mətbuatında tirajlanan böhtan xarakterli yazılarda Azərbaycanın imicinə zərbə vurmağa çalışan qüvvələr əməlli başı canfəşanlıq edirlər. Vahid mərkəzdən idarə olunan kampaniyanın maliyyə dəstəyini erməni lobbisi həyata keçirir. Qərbin təqaüdə çıxan siyasətçiləri isə bu işə həvəslə qoşulub və ömürlərinin ahıl çağında beş-on dollar qazanmaqla məşğuldurlar. Onlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokroru, argentinalı Okampodur.
Erməni diasporunun təsiri altında fəaliyyət göstərən bu adam ölkəmizə qarşı kampaniyanın başında duranlardandır. Bundan əlavə, ABŞ, Fransa və Almaniya KİV-lərinin aparıcı simaları da Okampoyla eyni "qatardadırlar". Ermənistanın müdafiəçiləri rolunda çıxış edən bu adamlar kampaniyanı əsasən sosial şəbəklər üzərindən aparırlar. Ermənistanı işğala məruz qalan tərəf kimi təqdim etməyə çalışanlar Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Yaxın zamanlarda Azərbaycanın Ermənistana hücum edəcəyi iddia edilir.
Məsələni KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, bütün bunlar COP29 ərəfəsində ölkəmizə qarşı aparılan informasiya savaşının tərkib hissəsidir:
"Bu, əsasən şantaj xarakterli kampaniyadır. Bu cür təhdidlərin mənbələri də, onların maliyyə qaynaqları, arxalarında duran qüvvələr, sifarişçilər, icraçılar da bəllidir. Bunlar yavaş-yavaş ifşa olunduqca həqiqət üzə çıxır. Ölkəmiz əleyhinə COP-la bağlı çoxsaylı təhdidlərə rast gəlirik. Əvvəlcə COP-un təşkilat komitəsində xanımların olmaması qabardıldı. Ardınca COP29-un rəhbərinin neft sahəsində çalışmasını irad kimi bildirdilər. Daha sonra COP-un Azərbaycanda keçirilməsinin yol verilməzliyi, bizim ənənəvi neft-qaz ölkəsi olmağımızı əsas gətirərək bu cür hücumlar həyata keçirildi. Daha sonra isə guya, insan haqlarının Azərbaycanda pozulması məsələsi gündəmə gətirildi və yeni bir feyk məlumatın tirajlanmasına başlayıblar.
Guya ki, Azərbaycan ciddi şəkildə müharibəyə hazırlaşır. Bildirilir ki, COP29 Azərbaycana siyasi imic, nüfuz qazandıracaq və daha sonra Azərbaycan öz hərbi planlarını icra edəcək. Bu iddialar tamamilə yalan, böhtan xarakterlidir. Əsassız məlumatların dərc olunması Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsidir. Bu cür hücumlar heç bir nəticə verməyəcək və Azərbaycan çox böyük uğurla bu tədbiri həyata keçiriəcək".
Vəli Həsənoğlu,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub