Qərbin səhv siyasəti - İranı hansı təhlükə gözləyir?

Qərbin səhv siyasəti - İranı hansı təhlükə gözləyir?"Son 3000 il insanlıq tarixini yazılı mənbələrinə baxanda görürsən ki, Yaxın Şərq, indiki Suriya, İraq, İran, Livan ərazilərində daim qan tökülüb, müharibələr, münaqişələr bitməyib. O torpaqların ara-sıra böyük imperiyaların himayəsində olan dövrlərdə nisbi sabitlik yaşanıb. Məsələn, Osmanlı dövründə bölgədə müharibələrin, qan-qadanın sayı azaılıb".
KONKRET.az xəbər verir ki, bunu ReAL partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, son illərdə Yaxın Şərqdə insan təlafatı həddindən artıq çoxdur:
"Son illərdə Yaxın Şərqdə qan-qada, ölüm-itim bitmir, bitmək bilmir. Fələstin məsələsinin ədalətli həlli olmasa, bu münaqişə bitməz, problem də odur ki, hamının, bütün dünyanın "İki Dövlət Modeli" kimi təqdim etdiyi həll yolu da ancaq sözdən, siyasi bəyanatdan ibarətdir, konkret addımları ard-ardına düzüb işlək bir plan təqdim edən yoxdur. Son 20-25 ildə bölgədə yeni, əvvəllər olmayan bir dəyişiklik baş verib ki, bu da münaqişəni daha da dərinləşdirib. ABŞ və Qərb koalisiyasının İraqa, Suriyaya müdaxiləsi, nə qədər qəribə səslənsə də, ən çox İranın işinə yaradı. Düşüncəsiz kənar müdaxilə ən çox Qərbin, elə İsrailin də təhlükəsizliyinə təhdid yaratdı. Qərbin müdaxiləsi nəticəsində Avropaya milyonlarla qaçqın ordusu getdi, qardaş Türkiyə üçün təhdidlər artdı, İran bölgədə özünün geniş və yaxşı təşkilatlanmış proksi güclərini yaratdı. Suriyada, İraqda, Yəməndə, Livanda, Fələstində İran oyunqurucu, özünə bağlı militanlarla söz sahibinə çevrildi. Təsəvvür edin ki, bu gün İranın iştirakı olmadan İraqda hökumət qurulmur, Suriyada Əsəd ayaqda qala bilmir".
Partiya lideri baş verənləri təkcə Fələstin, Livan və Yəmənin yox, Qərbin də məsələsi adlandırıb:
"İran Qərbin öz siyasi-hərbi texnologiyaları ilə proksi güclər quraraq bölgədə əsas söz sahiblərindən birinə çevrildi. Bu gün baş verənlər tək Fələstin, Livan, Yəmənin deyil – Qərbin son 20-25 ildə apardığı səhv siyasətin nəticələrinin aradan qaldırılması məsələsidir. İran öz ətrafında yaratdığı ciddi ideoloji gücü, İsrail və Qərbin haqsız davranışlarından qaynaqlanan inandırıcı hekayəsi olan təşkilatları ayaqda saxlamağa çalışır, amma bu elə də asan deyil. Bu güclər o qədər böyüdü ki, onları saxlamaq üçün ildə yüz milyonlarla dollar yetmir, artıq milyardlarla dollar ehtiyac yaranır. İranın isə bu qədər pulu, gücü, texnologiyası yoxdur – deməli, böyüyən güclər – proksilər artıq İran üçün də problemə çevriləcəklər, hətta artıq çevriliblər. Yaranmış proksi təşkilatlar o qədər gücləndilər ki, artıq İran üçün də problem yaradırlar, onlar İranı daim "ağsaqqal" kimi davranmağa, cavab verməyə, onlara arxa-dayaq olmağa məcbur edirlər – İran isə artıq bunu ya istəmir, ya bacarmır, ya da, qurduğu proksiləri Qərblə yaxın zamanlarda baş tutacaq fundamental anlaşmalarda istifadə etmək istəyir. İran anlayır ki, sabah bu proksilərə pulu çatmasa, başqa pullu oyunçular ortalığa çıxıb həmin militan gücləri arxasına alacaq, bir müddət sonra isə elə İranın özünə qarşı istifadə edəcəklər. Ona görə də, düşünürəm ki, bu gün İran əlində olan bütün aktivləri – "proksilər", Rusiya ilə yaxşı münasibətlər və s., Qərblə bazarlıqda istifadə etməyə hazırlaşır. Əgər Qərbdən çox yaxşı təklif gələrsə, bütün aktivləri onlara "satacaq". Bu gün Yaxın Şərqdə həm də gələcək işlək yeni logistik marşrutlar uğrunda mübarizə gedir – bu məsələdə maraqlı güclər çox, uzlaşa biləcəkləri nöqtələr isə azdır, və ya, demək olar ki, yoxdur. Dəhşət budur ki, bütün bu geosiyasi oyunlar fonunda olan sadə insanlara olur – minlərlə günahsız fələstinlilər həlak olur, İsrailin yaşayış yerlərinə raketlər uçub sivil xalqa ziyan verir. Sözün qısası, minillər öncə olduğu kimi, bu gün də bölgədə siyasi oyunların qurbanı yenə sivil xalq, uşaqlar, qocalar, günahsız insanlar olur".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 02 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər idman xeberleri valyuta məzənnələri sou xeberler bugun