Qəribə davranmağa başlayan it uşağın həyatını xilas etdi - FOTO
Qəribə davranmağa başlayan it uşağın həyatını xilas etdi - FOTO
"Twitter" istifadəçisi Kelli Endryu ev itinin qəribə davranışının qızının həyatını necə xilas etməsi barədə paylaşım edib.
Onun sözlərinə görə, gecə yarısı Henri ləqəbli iti israrla uşaq otağına girməyə çalışıb. Ev heyvanının davranışını başa düşməyən ailə əvvəlcə ona əsəbiləşib.
"Qızım xəstə idi və mən itin davranışından bezmişdim", - deyə o yazıb. Lakin valideynlər sonda otağa girmək qərarına gəlib və qızlarının nəfəs almadığını görüblər. Sən demə, heyvan uşağı həyata qaytarmağa çalışırmış.
"Gecəni xəstəxanada keçirdik. Onu oyatmasaydıq, bilmirəm nə olardı. Biz itlərə layiq deyilik...", - deyə Endryu bildirib.
Sonrakı paylaşımında qadın uşağın xeyli yaxşılaşdığını və ailənin evə qayıtdığını bildirib. Qadın pişik və itlərin insanları necə xilas etdiyi barədə öz hekayələrini şərhlərdə danışan digər istifadəçilərə də təşəkkür edib.
Onun paylaşımı 5000-dən çox retvit və 69.000 bəyənmə ilə sosial şəbəkədə virus kimi yayılıb.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü