Qəribə obyekt: Elm adamları uzaq qalaktikadan gələn siqnaldan təşvişə düşürlər - FOTO

Qəribə obyekt: Elm adamları uzaq qalaktikadan gələn siqnaldan təşvişə düşürlər - FOTOQəribə obyekt: Elm adamları uzaq qalaktikadan gələn siqnaldan təşvişə düşürlər - FOTO
Günəşə çox bənzəyən çoxlu kiçik ulduz arasında bütün müşahidələr tarixində ən güclü işıq parıltısından biri qeydə alınıb.
Astronomlar "AT 2022aedm" olaraq qeydə alınan hadisənin mümkün xarakteri haqqında düşünürlər. O, 30 dekabr 2022-ci ildə asteroidləri izləmək üçün nəzərdə tutulmuş teleskoplar vasitəsilə qeydə alınıb. Həmin işıq parıltısı həqiqətən ağlasığmaz dərəcədə olub. Kəşf olunduqdan on gün sonra onun 100 milyard Günəş gücünə malik olduğu bildirilib.  Sonra o, solmağa başlayıb, həm də çox sürətlə: bir neçə həftə ərzində demək olar ki, tamamilə sönüb.
Qəribə obyekt: Elm adamları uzaq qalaktikadan gələn siqnaldan təşvişə düşürlər - FOTO2022-ci ildə Yerdən iki milyard işıq ili uzaqlıqda baş vermiş naməlum təbiətli işıq parıltısı
Alimlər müəyyən ediblər ki, elliptik qalaktikada təxminən iki milyard işıq ili məsafəsində müəmmalı hadisə baş verib. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, yaşca belə qalaktikalar spiral qalaktikalarla (bizim "Süd Yolu" qalaktikası kimi) eyni yaşda ola bilər. Bununla belə, onları bir növ kosmik "qocalar evi" hesab etmək olar: orada demək olar ki, heç bir yeni ulduz yaranmır, ən böyük kütləsi olan ulduzlar isə hamısı öz dövrünü çoxdan başa vurmuş, superulduzlara çevrilmiş və geridə yalnız ya qara dəliklər, ya da neytron ulduzları şəklində çökmüş nüvələr buraxıblar. Bu keçmiş ulduz nüvələrindən başqa, orada hələ də günəşəbənzər adi ulduzlar (sarı cırtdanlar) və qırmızı cırtdanlar (daha kiçik və solğun) parlamağa davam edirlər. İş orasındadır ki, belə ulduzlar çox uzunömürlü olurlar, milyardlarla il yaşayırlar. Kütləsi böyük olan ulduzlar, onlardan fərqli olaraq, cəmi on milyon il sonra sönürlər. Günəş kimi qeyri-adi ulduzlarda heç bir superpartlayış baş vermir - bunun üçün onların kütləsi çox kiçikdir. Onlar yanıb bitdikdə, heç bir işartı olmadan sakitcə qabıqlarını atır, nüvə isə ağ cırtdana çevrilir. Elliptik qalaktikanın bütün tipik "sakinləri" də məhz bunlardır.
Beləliklə, son vaxtlara qədər optika vasitəsilə görünə bilən, yəni ən azı cihazlar vasitəsilə insan gözü ilə görülə bilən ən güclü işıq parıltısı yuxarıda qeyd olunan superulduzun parıltısı, yəni çox böyük bir ulduzun "ölümü", təkamül dövrünü başa çatdırması hesab olunurdu. Ən maraqla gözlənilən nümunə isə Orion bürcündəki Betelgeyzedir. O, Günəşdən 16-17 dəfə ağırdır və möhtəşəm bir vida partlayışı ilə püskürmək üzrədir.
Mənbə: Life.ru / oxu.az

Maraqlı       Tarix: 12 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber