Qətər şirkətləri Qarabağın bərpasında iştirakla bağlı dəvət aldı
"Qətər və Azərbaycan arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanır. Qətər Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır".
Azxeber.com xəbər verir ki, bunu Qətərin Azərbaycandakı səfiri Feysəl Abdulla Əl-Hinzab bu ölkənin Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfirin sözlərinə görə, Qətər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: siyasi, iqtisadi və mədəni, eləcə də hər iki ölkənin şirkətləri üçün ticarət və investisiya imkanlarının inkişaf etdirilməsi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də öz növbəsində Qətərin milli bayramı münasibətilə təbriklərini çatdırıb, ölkələrin dünya arenasında hər zaman bir-birini dəstəklədiyini bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan ilə Qətər arasında möhkəm əlaqələr inkişaf edib, ölkələrin hüquqi bazası 40-a yaxın sənədi əhatə edir.
S.Babayev hazırda Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə infrastrukturun bərpası istiqamətində fəal iş apardığını qeyd edib və Qətər şirkətlərini bu prosesdə iştiraka dəvət edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır