Qida məhsullarına sağlamlıq sertifikatlarının YENİ QAYDASI

Qida məhsullarına sağlamlıq sertifikatlarının YENİ QAYDASI</p> 
 <p>Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması təsdiq edilib.
KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qaydaya əsasən, Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, "Baytarlıq haqqında" qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.
İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato riyalarında həyata keçirilir.
Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları 7 (yeddi) iş günündən gec olmayaraq verilir.
Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
– "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş hallarda;
– məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;
– məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.
Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir:
– daxil edilmiş məlumatlar düzgün olmalıdır;
– imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyən- ləşdirməyə imkan verməlidir;
– istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.
Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.
"Qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi Qaydası və forması"na
əlavə
Ünvanı/Address:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sağlamlıq Sertifikatı
Food Safety Agency of the Republic of Azerbaijan Health Certificate
(ixrac / export)
İxracatçı ölkə / Exporter country
1. İxracatçı barədə məlumat:
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının
adı və fəaliyyət ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)
/ Exporter: (name of the legal entity, legal address, surname, name, patronymic of the individual entrepreneur, location and code of the taxpayer)
2. Sertifikatın nömrəsi və verilmə tarixi:
/ Number and Issue Date of the Certificate:
3. İxracatçının qeydiyyatına (təsdiqinə) dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi: / Food Safety Registration (Approval)
Number of Exporter:
4. Mənşə ölkəsi: / Country of Origin: İSO Kodu / ISO Code:
5. Təyinat ölkəsi: / Country of Destination:
İSO Kodu / ISO Code:
6. İdxalçının (qəbul edənin) adı və ünvanı:
/ Name and Address of the Importer:
7. Yükün çəkisi: / Total weight of consignment:
8. Qablaşdırmanın ümumi sayı:
/ Total Number of Packages:
7.1. xalis çəki: / Net Weight:
7.2. qablaşdırma çəkisi:
/ Brutto Weight:
9. Yüklənmə yeri: / Place of Loading:
10. Nəqliyyat vasitəsi: / Means of Transport:
11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı:
/ Identification Number of transport:
12. Məhsulun daşınması zamanı saxlanma şəraiti: / Conditions of Storage while transport:
Məhsul haqqında məlumat / Information about product
13. Məhsulun
14. İstehsalçı
15. Partiyanın
16. Qablaşdırma
17. Qablaşdırma
18. Xalis
19. Qablaşdırma
20. İstehsal
21. Son
22. Yararlılıq
adı / Name of
müəssisənin
nömrəsi
növü / Type of
sayı / The
çəki / Net
çəkisi / Brutto
tarixi
istifadə tarixi
müddəti
the Product:
adı və ünvanı
/ Lot Number:
Packaging:
Number of
Weight:
Weight:
/ Production
/ Expiration
/ Shelf life
/ Name and
Packaging:
Date:
Date:
(month):
Address of
the Producer:
Bu Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, Sertifikat qüvvədən düşmüş sayılır. / The validity period of the certificate is one month, not exceeding the shelf life of the product, and if the products are not exported within this period, the certificate is considered invalid.
Bu Sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul təhlükəsizlik və minimum keyfiyyət tələblərinə QR kod uyğundur. / This is to certify that the product lot described above complies with the minimum quality and safety requirements.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi. / Authorised Representative of the Food Safety Agency of the Republic of Azerbaijan.
İmza / Signature
Möhür / Stamp

Sağlamlıq       Tarix: 27 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler