Qırğızıstanla Türk Şurası arasında KRİTİK MÜZAKİRƏ
Qırğızıstan Prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevi qəbul edib.
Publika.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bağdad Amreyev TDƏŞ-in qarşıdan gələn Zirvə Görüşünə hazırlıq məsələləri haqqında Prezidentə ətraflı məlumat verib, müzakirə ediləcək məsələlərdən söhbət açıb.
Sadır Japarov Türk Şurasının üzvü olan ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsində və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsində bu beynəlxalq təşkilatın böyük rolu olduğunu bildirib.
Dövlət başçısı deyib ki, Qırğızıstan TDƏŞ-də təmsil olunmasına böyük əhəmiyyət verir.
S.Japarov qarşıdan gələn Zirvə Görüşünün Türk Şurasının möhkəmləndirilməsi və inkişafı istiqamətində yaxşı imkan olduğunu vurğulayıb.
Görüşdə TDƏŞ-in Bişkekdə İnvestisiya Fondunun yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək