Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunduKapital Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini yaşadan, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi. Fond bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış "Ürəksən" adlı tədbirdə bir araya gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib.
Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi və "The Ritz-Carlton Baku"nun ev sahibliyi ilə baş tutan tədbir maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik olduğunu vurğuladı. "Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir. Biz "Red Hearts" olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda addımlayan hər kəsə təşəkkür edirəm."
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında "Cəmiyyət", "Ətraf mühit" və "Heyvanların müdafiəsi" istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər yer alıb.
Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən ümumilikdə  476 063 manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə  6247 benefisiara dəstək göstərilib.
Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və qürur yaşadığını qeyd edib. "Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki, ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır. İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü, 30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu  birlikdə yaşayırıq. Mən hər birinizi təbrik edirəm". 
Hesabatla bağlı ətraflı məlumat:  
Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə addımlayan tərəfdaşlara "The Golden Heart Award" ("Qızıl Ürək" mükafatı) təqdim edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding, PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology, PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin ardından gecə bədii hissə ilə davam edib.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 23 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar