Qırmızı Ürəklər Fondu "Bayram Səbəti" xeyriyyə aksiyasına start verir
Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bayram səbəti" xeyriyyə aksiyasına start verir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram sevincini onlarla bölüşməkdir.
Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank/Kapital Bank terminallarından, Birbank və m10 mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.
Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa çağırır.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür