Qırmızı Ürəklər Fondunun "Bayram səbəti" aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi
Qırmızı Ürəklər Fondunun Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi ənənəvi "Bayram səbəti"xeyriyyə aksiyası uğurla yekunlaşıb.
azxeber.com xəbər verir ki, toplanan ianələr vasitəsilə ölkənin müxtəlif bölgələrində yaşayan yüzlərlə ailəyə bayram sovqatı çatdırılıb.
Cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərininmöhkəmləndirilməsi məqsədilə həyata keçirilən aksiya çərçivəsində həssas əhaliqruplarından olan 305 ailəyə dəstək göstərilib. Birbank müştərilərinin ianələrinəticəsində formalaşdırılan, gündəlik tələbat üçün zəruri olan əsas qidaməhsullarından ibarət ərzaq qutuları ölkənin 39 rayonu üzrə ünvanlaraçatdırılıb.
Qeyd edək ki, aksiyanın həyata keçirilməsində Fondun 77könüllüsü fəal iştirak edib. İanəçilərin maddi-mənəvi dəstəyi və könüllülərinfədakar fəaliyyəti sayəsində reallaşan bu xeyirxah təşəbbüs, təkcə maddi yardımdeyil, eyni zamanda cəmiyyətdəki yardımlaşma ənənəsini daha da möhkəmləndirir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə KapitalBank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətəbaşlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilikmədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekolojitarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssasvə vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın aliməqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərəksözügedən mövzularda dəstək olmaq üçün saytınadaxil ola bilərsiniz.
Turlar.az [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür