Qırmızı Ürəklər Fondunun dəstəyi ilə Qazax və Şabran rayonlarında "Vətən Bağı" salındı
Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirir.
azxeber.com xəbər verir ki, layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər.
Qeyd edək ki, "Vətən Bağı" əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.
"Qırmızı ürəklər" 2019-cu ildə KapitalBank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimifəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digərehtiyacı olanlara yardımlar edir. //redhearts.azsaytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcəkplanları və digər maraqlı məlumatları əldə etmək olar.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır